resulzade-stalin.jpg

1930-cu ildə Azərbaycan Kommunist Partiyasının 1-ci katibi Polonski və məni Soçiyə çağırmışdılar. Gördük ki, bütün respublikaların, partiyanın və gənclər ittifaqlarının sədrləri ordadır. Xəbər verilmişdi ki, Stalin onlarla görüşmək istəyir.

Kult.az xəbər verir ki, bu sözlər Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı MK-nin keçmiş birinci katibi Səfər Hüseynovun xatirələrindəndir. Məlumatı sosial şəbəkədə paylaşan gənc tarixçi Tural Həmid SSRİ lideri İosif Stalin və Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə ilə bağlı maraqlı bir faktı üzə çıxarıb:

“İkinci gün Polonski ilə dəniz sahilində gəzəndə Stalinlə qarşılaşdıq. Bizimlə görüşən Stalin bəzi şeylər soruşdu, tanıdığı bakılıları xəbər aldı. Mənimlə Azərbaycan dilində danışdı və birdən Məhəmməd Əmin Rəsulzadənin Bakıdakı dostlarından biri olduğunu və neçə il yaxın olduqlarını söylədi. Mən öz aləmimdə Stalinin xoşuna gəlmək üçün dedim ki, Müsavatın lideri idi, xaricə qaçdı,.. əclaf çıxdı. Stalin birdən ayaq saxladı, qapqara qaraldı. Tərs-tərs mənə baxıb astadan və acıqla bildirdi: “Tanımadığın adam barədə pis söz demə”.

Üz döndərib getdi və bir də məni danışdırmadı”.

araz.az xəbər portalı.