Etibar Məmmədov: “Həm hərbçilər, həm də siyasətçilər üçün dərs olacaq belə bri araşdırmaya ehtiyac var”
Bu gün Şuşanın Ermənistan tərəindən işğalının 26-cı ildönümüdür. İstər Şuşa, istərsə də düşmən tərəfindən zəbt edilən digər rayonlarımızın itirilmə səbəbi, onların müdafiəsində yol verilən hərbi-siyasi yanlışlıqlar yetərincə araşdırılıbmı? Belə bir araşdırma nə dərəcədə zəruridir?
Moderator.az-a açıqlama verən AMİP lideri Etibar Məmmədov obyektiv şəkildə aparılacaq bu cür araşdırmalara bir çox baxımdan ciddi ehtiyac olduğunu vurğuladı:
“Ərazilərin işğalı birinci növbədə Ermənistanın təcavüzünün nəticəsidir. Təəssüf ki, bu vaxta qədər həmin işğalın nəticələri aradan qaldırılmayıb. Ərazilərimizin böyük bir hsisəsi Ermənistanı işğalı altındadır. Azərbaycan əraazilərinin işğalı Rusiyanın hərbi hissələrinin və siyasi strukturlarının köməyi ilə həyata keçirib.
Təəssüf ki, bu torpaqları müdafiə etməli olan şəxslərin öz vəzifələrini lazımınca yerinə yetirməməsi məsələsi araşdırılakən, çox vaxt siyasi konyukturaya riayət olunub. Məsələ siyasiləşdirilib. Bu səbəbdən də fikrimcə, obyektiv araşdırma sona qədər aparılmayıb. Bu araşdırmalar təkcə kimisə günahlandırmaq istiqamətində yox, hərb tariximizi ciddi, obyektiv şəkildə öyrənmək istiqamətində aparılmalıdır. İstənilən araşdırmanın obyektivi aparılması əsas şərtdir. Belə eləmək lazımdır ki, bu araşdırmalar həm siyasətçilər, həm də hərbçilər üçün dərs olsun. Bütün Azərbaycan bilsin ki, hansı hallarda hansı səhvlərə yol verilib və onların nəticələri nə olub.
Seymur Əliyev
araz.az xəbər portalı.