Ermənistan prezidenti Armen Sarkisyan baş nazir kimi Nikol Paşinyanın təyinatı haqqında fərmanı imzalayıb.
Publika.az xəbər verir ki, bu haqda Ermənistan prezidentinin mətbuat xidməti bildirib.
Qeyd edək ki, müxalifət lideri, parlamentin “Elk” fraksiyasının başçısı Nikol Paşinyan bu gün parlamentdə keçirilən səsvermə ilə yeni baş nazir seçilib. Onun lehinə deputatların 59-u səs verib, 42 deputat isə müxalifət liderinin namizədliyinə qarşı çıxıb. Paşinyan 15 gün ərzində yeni kabineti təqdim edəcək.
araz.az xəbər portalı.