“Qalatasaray” klubu futbol üzrə Türkiyə çempionatının 34-cü turunda “Göztəpə” üzərində qələbə qazanaraq (1:0) ölkə çempionu olub.
“Report” xəbər verir ki, matçda yeganə qolu qonaqların fransalı hücumçusu Bafetimbi Qomis penaltidən vurub.
“Qalatasaray” 72 xal yığaraq Türkiyə çempionatının yekun turnir cədvəlində “Fənərbağça” və “İstanbul Başakşehir”i 3 xal qabaqlayıb.
Fatih Terimin komandası ölkə birinciliyində 21-ci dəfə qalib olmaqla çempion titulu üzrə rekordunu yaxşılaşdırıb.
“Fənərbaxça”nın 19, “Beşiktaş”ın isə 15 titulu var.
araz.az xəbər portalı.