Dövlət Miqrasiya xidmətinin rəisi Firudin Nəbiyev ləğv edilən MTN-də baş verən hadisələrdən sonra rəhbərlik etdiyi qurumda cidd sıxıntılarla üzləşib.
Mia.az xəbər verir ki, MTN-də məlum hadisələr baş verən ərəfədə Firudin Nəbiyevə 1-ci müavin təyin edilib:
“Xidmət rəisinə 1-ci müavin təyin edilən Vəli Nağıyev isə sıradan bir fiqur deyil. O, Baş Prokuror yanında Korrupsiya qarşı Baş Mübarizə İdarəsinin əməliyyat üzrə müavini, eyni zamanda, istər MTN, istərsə də Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki yoxlamalara rəhbərlik edən general Əli Nağıyevin qardaşıdır. Vəli Nağıyev gələndən sonra isə Nəbiyevin xidmətdəki narahatlıqları xeyli artıb. Artıq o, hər bir məsələdə ehtiyatlanmağa başlayıb. Elə zənn edir ki, Vəli Nağıyev hər an onun barəsində yuxarılara məlumat ötürə bilər”.
Məlumatlı şəxs deyir ki, Vəli Nağıyev faktoru F.Nəbiyevi necə narahat edibsə, onun təyinatına qədər dartışdığı müavini, general Pərviz Musayev artıq rahat nəfəs almağa başlayıb:
“Xatırladım ki, Pərviz Musayevlə xidmət rəisinin ulduzları heç baxt barışmayıb. Ancaq Firudin Nəbiyev onu çox çalışsa da, onu vəzifəsindən azad etdirə də bilmədi.
İndisə vəziyyət o şəkildə dəyişib ki, xidmət rəisi yeni yaradılan Apellyasiya Şurasına məhz general Pərviz Musayevi təyin etdi. Düzdür, həmin şuranın tərkibinə daxil olanların siyahısına baxdıqda, əmin olmaq olar ki, yeni şura Miqrasiya Xidmətindən gələn hər hansı bir şikayət etmək gücündə olmayacaq. Çünkü elə miqrasiya sahəsində ən çox şikayət edilən şuranın tərkibinə daxil olan Miqrasiya nəzarəti baş idarəsinin rəis müavini Rövşən Səfərov, Vətəndaşlıq məsələləri baş idarəsi, Vətəndaşlıq məsələlərinin araşdırılması idarəsinin rəisi Cəmil Hüseynov və digərləridir. Bu adamlar isə birbaşa xidmət rəisi general Firudin Nəbiyevdən təlimat alan vəzifəli şəxslərdir. Elə buna görə də Miqrasiya Xidmətindəki Apellyasiya Şurasının “Yardan yara şikayət” anlamından uzağa gedəcəyi inandırıcı görünmür.
Düzdür, bəziləri hesab edir ki, xidmət rəisi şuranın sədri təyin etdiyi Pərviz Musayevi elə bu şuradakı fəaliyyətini ilə gündəmə gətirib, xidmətdən uzaqlaşıdrmağı planlayıb. Hər halda bu, bir ehtimal olsa da, şuranın tərkibinə baxdıqda, general Pərviz Musayevin onlara söz keçirə bilməyəcəyi aydın göründüyü üçün ağlabatandır….”.
Bu və ya digər məlumatlarla yanaşı, Fürudun Nəbiyevin polis və gömrük orqanlarında işlləyən qardaşları – Famil və İslamın da hansı sərvətlərə sahibləndikləri haqda maraqlı iddialar var.
Xüsusi dəqiqləşdirmə tələb edən bu faktlarla bağl araşdırmalarımız araşdırmalarımız olacaq.
Qarşı tərəfi də dinləməyə hazırıq. (Mia.az)
araz.az xəbər portalı.