WhatsApp Image 2018-05-20 at 19.18.0101.jpeg
Bu çağırış, “Qərbi Azərbaycana Qayıdış” Birliyinin konfransındakı bütün çıxışların motivi idi
Dünən Beynəlxalq Mətbuat Mərkəzində “Qərbi Azərbaycana Qayıdış” Birliyinin təşkilatçılığı ilə, “İndiki Ermənistan tarixi Qərbi Azərbaycan torpaqlarıdır, biz hökmən doğma yurdlarımıza qayıdacağıq” mövzusulu konfrans keçirilib.

Dəyirmi masa xarakterli tədbirdə ziyalılar, KİV nümayəndələri və Qərbi Azərbaycandan köçkün düşən şəxslər iştirak ediblər.
Tədbiri giriş sözü ilə “Qərbi Azərbaycana Qayıdış” Birliyinin sədri Rızvan Talıbov açıb. O, öncə tədbirin əhəmiyyətindən danışıb. Daha sonra azərbaycanlıların Qərbi Azərbaycan torpaqlarından deportasiya edilməsinin acı nəticələrindən söz açmaqla, sonda çağırış edib: “Təkcə 1948-1953-cü və 1988-1991-ci illərin qanlı deportasiyaları zamanı indiki Ermənistan ərazilərindən bir milyondan artıq azərbaycanlı əhali zorakılıqla, silah gücünə, ölüm təhdidi altında deportasiya edilib və doğma yurdlarından qovulmaqla, qaçqına çevriliblər. Bizsə, buna hələ də, dözürük. Mütləq, dədə-baba yurdlarımıza qayıtmalıyıq! Yoxsa, onların ruhu da bizi bağışlamaz”.

[bt_slider uid=”1526830061-5b0193ed620df” target=”_blank” width=”0″ crop=”no” thumbnail_width=”800″ thumbnail_height=”600″ show_title=”no” centered=”yes” arrows=”yes” pagination=”bullet” autoplay=”5000″ speed=”600″][bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2018-05-20 at 19.18.0000.jpeg” title=”WhatsApp Image 2018-05-20 at 19.18.0000.jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2018-05-20 at 19.18.01.jpeg” title=”WhatsApp Image 2018-05-20 at 19.18.01.jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2018-05-20 at 19.18.02.jpeg” title=”WhatsApp Image 2018-05-20 at 19.18.02.jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2018-05-20 at 19.18.00.jpeg” title=”WhatsApp Image 2018-05-20 at 19.18.00.jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2018-05-20 at 19.18.0101.jpeg” title=”WhatsApp Image 2018-05-20 at 19.18.0101.jpeg” link=”” parent_tag=”slider”][/bt_slider]Birlik rəhbərindən sonra, digər çıxış edənlər də, tarixi yurdlarımıza qayıdışın vacibliyini xüsusi vurğulayıblar. Qeyd ediblər ki, son vaxtlar beynəlxalq əhəmiyyətli tədbirlərdə də, ölkə rəhbəri İlham Əliyev cənabları öz çıxışlarında İrəvan xanlığının, Göyçə, Zəngəzur mahallarının tarixi Azərbaycan torpaqları olduğunu daha çox qabardır və qətiyyətlə deyir ki, biz tezliklə öz torpaqlarımıza qayıdacağıq. Möhtərəm prezidentin bu fikirləri səsləndirməsi qərbi azərbaycanlılarda böyük inam və ruh yüksəkliyi yaradır: “Ermənilər tarix boyu azərbaycanlılara qarşı ən çox Qərbi Azərbaycanda soyqırımlar törədiblər. Biz, mütləq, tökülən qanlara görə, düşməndən qisas almalıyıq. Bu isə, yalnız tarixi oğuz yurdu olan torpaqlarımıza əzəmətli qayıdış zamanı mümkün olacaq. Bu qayıdışa ölkə başçısının çıxışlarında da inam ifadə olunur. Bütün bunlar bizə ruh verir və bizi doğma yurdlarımıza səsləyir!”.
Onu da qeyd edək ki, tədbirin sonunda Azərbaycan Respublikasının Milli Məclisinə, ATƏT-ə, AŞPA-ya, İslam Ölkələri Əməkdaşlıq Təşkilatına, Minsk qupu ölkələrinin parlamentarilərinə və dövlət başçılarına müraciət qəbul edilib və xatirə fotoları çəkilib.
Emil CAMALOV,
araz.az xəbər portalı.

araz.az xəbər portalı.