kral.jpg

Bakının müqəddəs şəhər olması barədə qədim əlyazmalar, araşdırmalar kifayət qədər çoxdur.
Bir çox hallarda Roma Kilsəsi və Avropa krallarının Bakı ilə maraqlandıqları barədə müəyyən faktlar da üzə çıxır.

“Ölkə.Az” araşdırmacı Azər Musayevlə bu məsələ ilə bağlı söhbəti oxucularına təqdim edir.

İngilis kralı Bakının Qüdsə bərabər müqəddəs bir şəhər olacağını qeyd edib.

Araşdırma materiallarına görə hələ 1484-cü ildə Böyük Britaniya kralı III Riçard (1452-1485) öz səhabələri və dövlət məmurlarına qəribə bir vəsiyyət edir. Kral “Vəsiyyətnamə”sində Azərbaycanın coğrafi quruluşunu təsvir edir, qədim Bakı haqqında fikirlərini yazır. Kral qeyd edir ki, Bakı Qüdsə bərabər müqəddəs bir şəhər olacaq. O, yazır: “Mən kral ailəsinin cavan nəslinə tövsiyə edirəm ki, doğmaq üçün öz hamilə qadınlarını o şəhərə aparsınlar”.

Kral III Riçardın “Vəsiyyətnamə”si diplomatik sənəd kimi ölkənin ən məxfi arxivi hesab olunan “Mİ-6”-nın (kəşfiyyat idarəsinin) sandığında qorunur. Məlumata görə kral bunu da xatırladırdı:

“Bakının şimal hissəsində doğulan qızlar daha ağıllı və xəstəliklərə immunitetli olurlar. Cənub hissəsində doğulan qızlar görmə qabiliyyətlərini tez itirir, “yaman şiş azarına” (yəni xərçəngə) düçar olur, həssas və kövrək olurlar. Onlarda analıq hissləri, mərhəmət və etibarlı olmaq kimi ciddi görüntülər var. Qərb hissəsində dünyaya gələn qızları aldatmaq, təhqir edib, sarsıtmaq Allah tərəfindən günah sayılır. Allah o qızları özü qoruyur və özü də mühakimə edir. Şərq hissəsində doğulan qızların himayəçisi Musa, İsa və Məhəmməd Peyğəmbər olur.

“Mən o qızlar haqqında daha heç nə əlavə bir şey bilmirəm”- deyən III Riçard iddia edir ki, bütün bunları mənə krallığın filosofu Henrix danışıb.
Maraqlı məqamlar var. Tarixə nəzər salaq. Məsələn, Azərbaycanın Tibb Tarixində (belə bir mükəmməl tarix nə vaxt yazılacaq, məlum deyil) Bakı və ətraf ərazilərdə dünyaya göz açan uşaqların taleyilə maraqlanmaq istədim, bir şey alınmadı. Amma aydınlaşdırdım ki, Bakıda ən bilikli və ağıllı nəsilləri (mən varlı demirəm) şəhərin Şimal hissəsində yaşayıb. Məlumata görə ilk mikrobioloq (onun haqqında heç kəs danışmır) Gövhər xanım Hacı Salman qızı Abbas-Quliyeva (mən familiyasının yazılışına toxunmadım) olub. Və yaxud 1504-cü ildə Bakının gələcək xəritəsini ilmələrlə, füsunkar naxışlarla xalça üzərində Fatimə xanım Böyük-Elçizadə hazırlayıb. Bütün bunlar itirilmiş, unudulmuş, məhv edilmiş tariximizin bir parçası olaraq qalır.

Digər tərəfdən Bakını 1604-cü ildə ilk epidemiya – vəba epidemiyası – məhz Şimal tərəfdən iflic edib. Vəba virusu şəhərin Şimal hissəsindən girib, Cənubundan çıxıb. Bir gündə 1200 nəfər hamilə qadın və yenicə ailə quran qız xəstəlikdən vəfat edib. Bundan sonra şəhərin cənub hissəsində qadınlar “döş yarasına, sinə şişlərinə” mübtəla oldular. Məlumata görə, (Rusiyalı səyyah, həkim S.D.Maksimov-Tumanovun araşdırmasına istinadən) Bakıda ilk xərçəng yarası 1509-cu ildə tacir Hacı Məri Sultanoğlunun ailəsində aşkar edilib. Zahirən keçici olmayan bu bəla qeyd etdiyimiz ildə qadın və qızlarımızı zəlil qoydu. Bir il ərzində 470 nəfər (şübhəsiz Tumanovun bu rəqəmi təqribidir) qadını məhv etdi.

Amma Bakını 1632-ci ildə ziyarətə gələn ingilis Pari Dun xatırladır ki, mən bu yerlərə Kral III Riçardın vəsiyyətnaməsi əsasında gəldim. Bu müqəddəs diyarı bir tərəfdən Musa Peyğəmbər qoruyur, bir tərəfdən İsa Peygəmbər qoruyur, bir tərəfdən də Məhəmməd Peyğəmbər.

Araşdırma materiallarına görə ingilis filosofu Parri Dun isə “Yollar, hadisələr, qeydlər” kitabında yazır ki, Böyük Britaniya Kralı III Riçard fikirlərində iddialı idi ki, Bakı dörd bir yandan su ilə, göl və gölməçələrlə əhatəli şəhər olacaq. Əslində Bakını bu su hövzələri xilas etməli idi. Bizimçün müəmmalı məsələ bu idi ki, Kral III Riçardı Bakıya bağlayan nə olub? Araşdırma materiallarına görə kralın anası Eri Yekaterina məhz Bakıda anadan olub. Filosof Pari Dun isə qeyd edir ki, mənim ancaq Xəzər gölü haqqında məlumatım var.

Faktiki olaraq Bakı bu gün Şimaldan Böyük Şor gölü, Cənubdan Xəzər dənizi, Şərqdən Bülbülə gölü, Qərbdən isə Qanlı göllə əhatə olunub. Maraqlıdır ki, deyimlərə görə Böyük Şor Gölünü Musa Peyğəmbərin, Xəzər Dənizi Məhəmməd Peyğəmbərin, Bülbülə gölü (ilk dəfə kiçik bulaq şəklində qaynayıb çıxan) İsa Peyğəmbərin nidaları altında yaranıb. Qanlı Göl isə Allahın istəyi altında əlavə bir nicat mənbəyi kimi mövcud olub. Uzun müddət gölün ətrafında qurulan rus istehkamlarındakı açıq və yaxud məxfi silahlar məhz Qanlı Gölün suyu ilə yuyulub. Çünki araşdırma materiallarına görə bu suyun tərkibində olan kimyəvi birləşmələr (kəşfiyyat sənədlərində ona “Farium-2”deyilir) hərbi texnikanı paslanmaqdan, dağılmaqdan qoruyub.

Məlumata görə 1806-cı ildə yaranmış Böyük Şor Gölündən sonra, Bakının Şimal yaşayış məntəqələrində ölüm halları 11 dəfə azalır, ölümcül xəstəliklərin sırasında qızlar 55 faizə çatır (Biz bu araşdırma nəticələrini hərbi kəşfiyyat generalı, 1803-cü ildən 1819-cu ilədək Bakıda məxfi missiyanı yerinə yetirən A.N.Furmanovun materiallarına istinadən verdik).

Mən yenidən qayıdıram kəşfiyyat generalı Antonovun “Məxfi Arayışı”na. General həmin məktubun bir yerində (on birinci abzasında) hökumət və dövlət rəsmlərinə xatırladırdı ki, Bakını əhatəyə alan su hövzələri onun təhlükəsizliyinin təmin edən əsas faktorlardan biridir:
“Onu dövrələyən göllərdən biri quruyarsa və yaxud çəkilib gedərsə Bakı məhv olar, şəhərlə insan arasında simmetriya pozular, nəticədə şəhər gözlənilmədən çökər”.

Kəşfiyyat generalı Y.Antonov bunu da xatırladırdı ki, Bakının yaşayış məntəqələri xüsusi “cədvələ” malikdir. O, şübhə etmirdi ki, bu “cədvəl” uğrunda ola bilsin kiçik çarpışmalar da baş versin. Məsələn, generalın əldə etdiyi “IX əsr cədvəli”ndə Bakının “həyatı” təsvir olunurdu. Məlumata görə şəhərin on bir nöqtəsi- yəni ərazisi insan üçün daha önəmli hesab olunur. Hökmdarlar, məşhur din xadimləri öz yaşayış sahələrini həmin ərazilərdə təyin edərdilər. Məlumata görə Bakının on bir nöqtəsində yaşayış daha təhlükəsiz olur. Baş verən zəlzələlər, sel və güclü qasırğalar, bədbəxtlik və ölüm gətirən hadisələr on bir nöqtədən həmişə yan keçir.

Bakının Şimal-Şərqində əlli üç metrlik ərazidə cəmi 13 dəqiqə dayanmaqla bədəndə və yaxud insan orqanizmindəki ən ciddi xəstəliklərdən uzaq düşmək mümkündür. Digər tərəfdən Bakının Cənub-Qərbində doqquz metr ərazidə dayanmaqla insanda ruh təzələnir, onun bədənindəki ən ciddi ağrılar “sovrulub çıxarılır”, görmə qabiliyyəti normallaşır və ən nəhayət beyin hüceyrələri aktivləşir, yaddaş itilənir. Məlumata görə vaxtilə ölkə başçılarının bağ və yaşayış məskənləri məhz həmin “on bir nöqtəni” əhatə edən ərazilərdə seçilib. Eləcə də Bakı məscidlərinin birinin günbəzi altında dayanmaqla, Sinaqoq qapısında baş əyib, təzim etməklə, kilsə suyu içməklə insan bədənindəki bütün “göz dəymələr”, “oxlanmalar”, “bəd nəzərlər” götürülür və yaxud əriyib bədəndən çıxır. Daha maraqlı və hamımız üçün önəmli bir məsələ: Bakıda üzü Xəzərə dayanıb dua etmək, Allahdan istək diləmək Bakının üstünlüklərindən sayılır.
Kəşfiyyat generalı Y.Antonovun “Bakı cədvəli” maraqlı olduğundan ciddi tədqiqat və əlavə araşdırmalar tələb edir. “Bakı cədvəli” o qədər ciddi və maraqlı tərtib olunub ki, onu oxumamaq mümkün olmur. Onu da xatırladım ki, bu cədvəldə 145 səhifəlik “Xalqların və millətlərin manifesti” kitabını imzalayan on üç məşhur və tanınmış şəxslərin adları var.

Araşdırma materiallarına görə biz Bakı şəhərinə obyektiv mövqedən yanaşmırıq. Bütün bunlara görə təqribən bir neçə ildən sonra (cədvəl göstəricilərinə görə apardığımız tədqiqatlar belə göstərir) Bakı dünyanın 26 “Yorulmuş şəhərlər” kateqoriyasına- kitabına salınacaq.

Məlumata görə Bakı ilə yanaşı respublikanın əlavə bir neçə şəhər və rayonunun da xarici kəşfiyyat sənədlərində, strateji araşdırmalar mərkəzlərində “adları” çəkilir. Bütün bunlar maraqlıdır.

Araşdırma materiallarına görə hələ 1827-cü ilin avqustun 27-də, Roma vaxtilə saat 12-də yeraltı təkan baş vermiş, nəticədə Vatikan saatları həmin vaxt gözlənilmədən dayanmışdı. Taxtadan, şüşədən və “yüngül dəmir”dən düzəldilmiş əqrəb qopub tökülmüş, qum dənəcikləri doldurulmuş “Saat kolbalar” çat vermişdi. Vatikan rəhbəri XII Lev (1823-1829) iddia edirdi ki, kardinallar və onun dəftərxanası Azərbaycanı, xüsusən Bakını, Xəzər dənizini, Kür və Araz çaylarını ciddi şəkildə öyrənməli, o yerlərdə (yəni Azərbaycanda) qərar tutmağı bacarmalıdırlar. Vatikan rəhbəri XII Lev kardinallara müraciətində yazırdı: “Mənə Bakı haqqında çoxlu məlumatlar gətirin. Mənə Qəmərbulaqda bitən Əqrəb gülündən gətirin”.

Məlumata görə, Vatikan arxivlərində saxlanılan bu məktub haqqında 1919-cu ildə Vatikana səfər edən rusiyalı alim-mikrobioloq Sebastiyanovun keçmiş İttifaqın BKİ-nin arxiv sənədləri arasında saxlanılan “Vatikana salam olsun” əlyazısında məlumat verilir. Bütün bunlara təbii baxıram. Məni ən çox maraqlandıran məktubdakı Qəmərbulaq ərazisində və həmin ərazidə bitən Əqrəb gülüdür. Varmı belə bir bulaq? Varmı belə bir ərazi? Varmı belə bir gül?

Məlumata görə Vatikanın başçısı XII Lev bədənini bürüyən yaman şişlərdən (ola bilsin xərçəngdən) əziyyət çəkirmiş. İki dəfə Bakıdan ona Əqrəb gülü göndərilmişdi. Kim göndərmişdi, məlum deyil. Amma ehtimal olunur ki, bu gülü ona Bakı Şeyxülislamı yola salıb. Digər məlumata görə bu gül XII Levi ölümdən- yaman şişlərdən xilas edib. Vatikan rəhbəri Əqrəb gülündən çay kimi istifadə edibmiş (Bu gün Əqrəb gülü bizim heç “Qırmızı kitab”da da qeyd olunmayıb).

Məlumata görə çox çalışıblar ki, o gülün toxumları Vatikan ərazisində cücərsin. Amma mümkün olmayıb. Digər tərəfdən Bakıda bulaq olmayıb. Araşdırma materiallarına görə Qəmərbulaq yaşayış məntəqəsidir və ola bilsin ki, həmin yaşayış məntəqəsi də bugünkü Ramana qəsəbəsidir. Əqrəb gülü də, yəni xərçəng xəstəliyinin dərmanı olan, onu birdəfəlik məhv edən bu gül də elə Ramana bağlarında bitirmiş. Araşdırma materiallarına görə 1938-ci ilin aprelin 12-də Ramana ərazisinə gələn ingilis səyyahlarından ibarət “Ekspedisiya qrupu” Əqrəb gülünü köklü-köməcli yığışdırıb, Londona aparıblar. Ola bilsin, hardasa bu faktlarla bağlı dumanlı məsələlər olsun. amma, hələ ki fakt, faktlığında qalır. Kür və Araz çaylarına gəlincə, bununla da bağlı qəribə və maraqlı məsələlər var. Məsələn, məlumata görə (“Vatikana salam olsun” əlyazısı) Kür çayının Şərq hissəsinə düşən Maralbatan yaşayış məntəqəsində (indiki Duzdaq gölü və Kürqaraqaşlı ərazisi) tutulan balıqlar (Maralbatan balıqları) çiy halda, yəni bişməmiş yeyildikdə (həmin balıqlar çox kiçik olur) insan orqanizmində şəkər problemi təmizlənir, həmin şəxs bir daha qan təzyiqinə tutulmur. Ehtimal olunur ki, Maralbatan (şəfa gətirən) balıqları Kür çayından ayrılan su kanallarında getsin.

Mən nə üçün Vatikan rəhbəri olmuş XII Levin yaşam tarixinə nəzər saldım? Ona görə ki, Sovet hərbi kəşfiyyat generalı Y.Antonov “Məxfi Arayışı”nda XII Levin adını çəkir və onun “Vəsiyyətini” keçmiş Sovet İttifaqı ərazisində yaşayan xalqlara və millətlərə, onların genetik kodlarına, mənəvi-əxlaqi dəyərlərinə, adına və ənənələrinə, dininə və dilinə qarşı hərbi sənaye komplekslərində hazırlanan, zəhərli tele-layihələrin (“Qarğa təbəssümü” yaradan tele-layihələr) tərkib və ayrılmaz hissəsi hesab edir.

Məlumata görə Kür qırağının (Salyan yaşayış məntəqəsi ərazisində) Yağmurlu, Ballıdədə ərazilərində (indiki Xəlfəli, Hacı Sələfli kəndlərində) çox qəribəliklər var. Məsələn Sovet İttifaqı Səhiyyə Nazirliyinin “Məxfi şöbəsi”nin əməkdaşları belə qənaətə gəlirlər ki, Biləsuvarın Cənubundakı yaşayış məntəqələrində (Aşağı Cürəlı, Ağalıkənd, Əmankənd) dünyaya gələn uşaqlarda artım olmur, “İmmunitet tələbi” çox aşağı olur. Məhz bütün faktları izah edən Moskvalı hərbi həkim M.S.Leginov yazır ki, xarici kəşfiyyat idarələrində adları qeyd olunan yaşayış məntəqələrində qəbristanlıq salmaq olmaz. Səbəblərdən biri budur ki, həmin ərazilərdə insanlar bir göz qırpımında ən ağır bəlaya tutulur. Yəni, yatır və bir daha oyanmır. Bütün bunlar regionda “əsl azərbaycanlının doğulması”na, onun inkişaf etməsinə mane olan “Kordova Mərkəzi”nin əsl iş metodlarından biridir…

Hikmət Həsənov
Ölkə.Az

araz.az xəbər portalı.