Türkiyənin “SONAR Araşdırma” mərkəzi seçkilərə 37 gün qalmış sosial sorğunun nəticələrini dərc edib. Araz.az “Sözçü”yə istinadla xəbər verir ki, bu nəticələrə görə, Türkiyədə tezliklə iqtidar dəyişikliyi baş verə bilər.
“SONAR Araşdırma”nın 26 ildə apardığı sorğunun nəticələrinə görə, Türkiyədə prezident seçkilərinin qalibi böyük ehtimalla ikinci turda müəyyən ediləcək.
Bu nəticələrə görə, birinci turda hazırkı prezident Rəcəb Tayyıb Ərdoğan 42, Cümhuriyyət Xalq Partıyasının namizədi Məhərrəm İncə 21,91 faiz, İYİ Partiya başqanı Maral Akşener 21 faiz, HDP-nin keçmiş lideri Səlahəddin Dəmirtaş 11,01 faiz, Səadət Partiyasının başqanı Temel Karamollaoğlu 2,10 faiz, Vətən Partiyasının başqanı Doğu Perinçək 1,98 faiz səs toplayacaq. Sorğunun nəticələrinə görə, böyük ehtimalla prezident 8 iyulda keçiriləcək 2-ci turda seçiləcək. Sorğunun səhv payının 0.99-1,81 faiz arasında olduğu bildirilir.Qeyd edək ki, İYİ Partiya başqanı Maral Akşener artıq bəyanatla çıxış edərək, ikinci tura özünün deyil, CHP namizədi Məhərrəm İncənin qalacağı təqdirdə, qeyri-şərtsiz İncəyə dəstək olacağını bildirib. İki liderin birgə səsi 43 faiz təşkil edir və bu, Ərdoğanın 42 faizini keçir. Bundan başqa, HDP də Dəmirtaşın ikinci tura keçə bilməyəcəyi təqdirdə İncənin namizədliyini dəstəkləyə biləcəklərini açıqlayıb.
Qeyd edək ki, “SONAR Araşdırma” 2014-cü il seçkiləri zamanı da sorğu keçirmiş və Ərdoğanın 53,3 faiz səslə qalib gələcəyini açıqlamışdı. O zaman Rəcəb Tayyib Ərdoğan 52 faizlə seçkiləri udmuşdu. /sputnik.az/
araz.az xəbər portalı.