Almaniya kansleri Angela Merkel məhkəməyə verilib.
Araz.az yerli mətbuata istinadən bildirir ki, kanslerlə bağlı məhkəməyə ərizəni Almaniya üçün Alternativ Partiyası təqdim edib. Merkel miqrasiya siyasətinə görə məhkəməyə çəkiləcək.
Qeyd olunur ki, Almaniya parlamenti (Bundestaq) da miqrasiya siyasətində iştirak hüququna malikdir. Partiyada hesab edirlər ki, parlament də kanslerin bu sahədəki fəaliyyətini yoxlamaq, xüsusilə də 2015-ci ildə Avstriya ilə sərhədin qaçqınlar üçün açılması qərarına baxmalıdır.
“Bu şikayət dünyanı dəyişdirə bilər. O da dünyanı dəyişəcək, əgər arzuedilən nəticəni verərsə”,-deyə partiyanın vəkili Stefan Brandner bildirib.
O əlavə edib ki, əgər bu siyasət istənilən nəticəni versə, kansler öz postunu tərk edəcək.
Xatırladaq ki, Almaniya ən çox qaçqın qəbul edən ölkələrdəndir və Azərbaycanda da qaçqınlar əsasən bu ölkəni seçir. Angela Merkel isə uzun müddətdir ki, miqrasiya siyasətinə görə tənqid edilir.
Ekspertlər hesab edir ki, əgər məhkəmə qərarı partiyanın lehinə olarsa, o zaman ölkədəki çox sayda qaçqın geri göndərilə bilər. /Cebhe.info/
araz.az xəbər portalı.