179894.jpg

Aprel şəhidimiz gizir Rahim Tağıyevin həyat yoldaşı Vüsalə Tağıyevə həyat yoldaşının xatirəsini əbədiləşdirmək üçün yaşadığı Mingəçevir şəhərində öz vəsaiti hesabına şəhid bulağı tikmək istəyir.

Şəhidimizin ailəsinə “Azərsu” ASC tərəfindən yüksək diqqət və qayğı göstərilərək bulağa sayğacsız su çəkilməsinə icazə verilib. Bu dəfə şəhidin həyat yoldaşını Mingəçevir rayon icra hakimiyyəti get-gələ salıb.

Vüsalə Tağıyeva Moderator.az-a açıqlamasında bildirib ki, icra hakimiyyəti villa tikdirənlərə icazə verir, amma şəhid bulağı tikənləri isə süründürürlər:

“Çox sağ olsunlar “Azərsu” ASC tərəfindən bulağa su çəkilməsinə icazə verildi. Həyat yoldaşımın yaxın qohumu Şəkidən ustalarla gələrək bulağın tikintisinə başlayıb. Bulağın bünövrəsini qoyan kimi Mingəçevir icra hakimiyyətindən iki nümayəndə gələrək bildirdi ki, bizim icazəmiz olmadan tikintini davam etdirmək mümkün deyil. Mən də icra hakimiyyətinə getdim. Dedim ki, niyə məni süründürürsünüz. Mən burda sizdən heç nə istəmirəm. Öz vəsaitim hesabına həyat yoldaşımın adını əbədiləşdirmək üçün şəhid bulağı tikirəm buna da icazə vermirsiniz. Mənə göstərsinlər görüm Mingəçevirdə hansı şəhid bulağının sənədi var. İcra hakimiyyətində ərizə yazdım və bildirdilər ki, cavab 10 gün çəkəcək. Dedim ki, heç olmaya bulağı tikim vaxt getməsin o vaxta sənədi verərsiniz. Buna da razı olmadılar. Dedilər ki, gözlə. Mən nə qədər gözləyim, axı ustalar Şəkidən gəlib və onlar nə qədər gözləsinlər. Bunlar Mingəçevirdə villa tikənlərə icazə verirlər, amma şəhid bulağı tikənləri isə süründürürlər. Məsələylə bağlı millət vəkilimiz Aydın Mirzəzadəyə müraciət etdim, amma təəəsüflər olsun ki, o, da köməklik edə bilmədi. Mən hara şikayət edim, bilmirəm. Xahiş edirəm mənə köməklik edin”.

Vasif Əlihüseyn

araz.az xəbər portalı.