“Vergilər Nazirliyinin yerlərdə fəaliyyət göstərən strukturlarının acınacaqlı, qanunazidd hərəkətləri ölkənin iqtisadi cəhətdən inkişafına mənfi təsir etməsi göz önündədir”.
Bu sözlər Müstəqil.Az-a ünvanlanan məktublarda deyilir.
Qeyd edək ki, əməkdaşlarımız redaksiyaya olunan şikayət məktubları əsasında geniş araşdırma yazıları təqdim edir.Bu təhlillərdə cənub bölgəsində vergi sahəsində özbaşnalıq, kiçik və orta sahibkarlığa qarşı amansız reydlər, həmçinin büdcədən yayınma halları əks olunub (http://www.mustaqil.az/2018/04/24/vergi-mufəttisləri-pullarimizla-kef-edirlər-sahibkarlarin-harayi-fotolar/,http://www.mustaqil.az/2018/04/29/nazir-mikayil-cabbarov-gozdən-salinir-cənublu-sahibkarlar/, http://www.mustaqil.az/2018/05/03/14264http://www.mustaqil.az/2018/05/09/cənub-bolgəsinin-vergi-sprutu-umid-mikayil-cabbarovadir).
İndi isə diqqətinizə növbəti şikayət məktubunu təqdim edirik:
“Silsilə olaraq yazdığımız şikayət məktublarına, əsasən də saytınızda yer alan yazılara nə Vergilər Nazirliyinin səlahiyyət sahiblərindən, nə də haqqında bəhs etdiyimiz 6 saylı Ərazi Vergiər İdarəsinin rəhbərləri tərəfindən heç bir reksiya nəzərə çarpmadı.”
Bu sözlər də redaksiyanın elektron poçtuna ünvanlanan məktubda deyilir. Əlavə olunur ki, əks təqdirdə heç olmasa vergi müfəttişləri sahibkarlala vergi ödənişində ümumi razılığa gələr, dövlətin cibinə əl uzatmazlar.
Balıq doğurdanmı başdan iylənir?
Bu vaxta qədər vergilər naziri Mikayıl Cabbarova inanıb, ümüd edənlər yanıldıqları qənaətindədirlər. Bu fikri də nazirliyin 6 saylı ƏVİ-nin əməkdaşlarının bu boyda korrupsiya əməlləri qarşısında hələ də cəzasız qalmasıdır. Mənbə bizimlə söhbətində bildirir ki, onların cəzasız qalması əslində ölkə iqtisadiyyatının tənəzzülə uğramasıdır. Əks təqdirdə vergi ilə bütünlülkə ölkənin bu günkü büdəcsini təşkil etmək olardı. Deyilənlərə, yazılanlara göz yummaq, əslində, yerlərdəki çapqınçıların bazirlikdəki və digər hüquq mühafizə orqanlarındakl səlahiyyət sahiblərinin ya işlərinin öhdəsindən gələ bilməməsindən, ya da bütün bu çapqınçılıqda özlərinin maraqlarının olmasından xəbər verir:
“Biz inana bilməzdik ki, cənab vergilər naziri bütün bu neqativ hallara etinasız yanaşsın. Amma, görünür səhv etmişik. Nazir ya özündə qüvvə tapıb ƏVİ-nə yoxlama göndərməli, ya da rəhbəri olduğu nazirliyin işinin belə çirkin yolla idarə olunmasını etiraf etməlidir. Hər halda bunların heç birini etməz. O, sahibkarların hansı yolla olursa olsun cəlb edilməsini tapşırır, amma bu tapşırıqların necə istifadə olunmasına nəzarəti itirir. Yaxud da nazirin inanıb vəzifəyə təyin etdiyi, ya da köhnə nazir tərəfindən təyin olunmuş vergi məmurları bu çirkli oyunun, korrupsiyanın özəyini təşkil edir ki, onların əməllərinin son ucu nazirliyin lap yuxarı qatlarına gəlib çatır”.
Müstəqil.Az oxunur…
Bütün bunlar doğurdan da iqtisadi cinayətin baş almasından xəbər verir. Elə bu günlərdə redaksiyamızla əlaqə saxlayan 6 saylı ƏVİ-dən olan mənbə təmsilçisi olduğu idarə və idarənin ayrı-ayrı əməkdaşları haqda yazıarımızı oxuduqdan sonra bizimlə əlaqə saxladı. İdarədə baş verənlərdən bəhs edərək aşağıdakıları bildirdi:
“6 saylı Ərazi Vergilər İdarəsində baş verən hadisələr bu günün hadisələri deyil. Bu hadisələrin kökü əvvəlki dövrlərə gedib çıxır. Əslində bu idarə yaradılandan bu istiqamətdə işini qurub. Dövlətə ödəniləcək vergidən çox şəxsi maraqların təminatına üstünlük verilib ki, bunun da ilhamvericisi nazirliyin yuxarı eşalonunda təmsil olunanlardı”.
“Qoruğa” girmək
Adının hələ ki, gizlin qalmasını istəyən Vergi müfəttişi olan mənbə idarə rəhbərləri arasındakl qarşıdurmadan da bəhs edir:
“6 saylı Ərazi Vergi İdarəsində güclü qruplaşmalar var. Biri digərinin “qoruğuna” girsə, müharibə başlayır. Vaxtı ilə idarə rəhbəri olan Xosrov Ələsgərov o qruplaşmaların əsas özəklərinin işdən çıxmağına nail olmuşdu. Bunlar Namiq Bağırov, Eldəniz Kərəmov, Elşən Bədəlov idi. Sonra isə qruplaşmanın digər əsas özəklərindən biri olan Əli Babayev işdən azad olmuşdu.Bütün bunlardan sonra İdarə normal işləyirdi. Lakin X. Ələsgərovun idarədə apardığı islahat-inqilab çox çəkmədi. İşdən kənarlaşdırılanlar hansısa yolla sonradan işə bərpa olundular. Bundan sonra, sankı idarədə üçüncü cahan müharibəsi başladı. Xatırladım ki, idarədə bir neçə qruplaşma var. Amma əsas iki qruplaşma var ki, onların da əsas başcısı Eldəniz Kərəmov və Akula ləqəbi ilə sahibkarlar arasında qorxunc imici formalaşan Namiq Bağırovdur”
Adları idarədəki qruplşamalarda çəkilən vergi məmurlarının görəvlərindən başqa, digər işlərdə daha çox canfəşanlıq etmələrinə də mənbə xüsusi yer ayırır:
“Onlar, adlarını çəkdiklərim o qədər rəislərə torba tikib yola salıblar ki, gəl görəsən. Əgər sizin saytın toxunduğu son dövrlərdən danışırıqsa, bunun toxumu idarənin rəhbərsiz qaldığı vaxtda rəis müavini Vəlihəddin Yunsurovun 6 saylıya müvəqqəti olaraq rəhbərlik etdiyi dövrə gedib çıxır. Vəliyədinin 6 saylı ƏVİ-də “padşah” olduğu zamanlarda Nicat Abdullayev, Valeh Əliyev, Nazim Tağıyev, Fariz Seyfullayev, Elçin Şahbazov və İlqar Niftəliyevin komandası Cəlilabad sahibkarlarından və fermerlərindən 500 min manatdan çox vəsait yığıblar. Masallıdan Nazim, Valeh, Nicat, Bulud komandası tərəfindən 1 milyon manata yaxın vəsait yığılıb. Lənkərandan da toplanan 1 milyon manata yaxın vəsait Kamran, Həkim, Valeh və Nazim komandası tərəfindən ələ keçirilib.”
“Yezidi də unutmayın”
Mənbə əməkdaşımızla söhbətində obyektivliyini də unutmur:
“Əslində bu gün Nazim Tağıyev və Valeh Əliyev Ədalət Fərəcov tərəfindən doğurdan da sıxışdırılır. İmam üçün ağlayanda gərək Yezidi də unutmayasan. Bu sıxışdırılmanın günahı bütünlüklə heç də Ədalət Fərəcovda deyil. Ədalət Fərəcov idarəyə təzə təyinat alanda onlara, yəni Nazim və Valehə şəxsi büdcələrinə yığdıqları pulun 10 faizinin dövlət büdcəsinə ödənilməsini tələb edirdi. Baxmayaraq ki, onların hər birinin ortalama 400-500 min rüşvət aldıqları Ədalət Fərəcov tərəfindən sübut olunmuşdu və onlar bunu etiraf etmişlər. Lakin Ə.Fərəcov onları işdən kənarlaşdırmaqla, yəni heç bir iş taşırmamaqla kifayətləndi ki, bununla da onların topladıqlarının müəyyən faizini dövlət büdcəsinə ödənilməsini tələb edirdi. Lakin həmin adamlar bunu etmədilər. Ə. Fərəcov Nazim Tağıyevə bu gün Ərazidə Fəaliyyət göstərən Əlavə Dəyər Vergisi ödəyicilərin tapşırıb. Sadə vergi ödəyicisi olmasın, ƏDV ödəyicisi olsun, halvaçl qızı daha şirin, deyiblər. ƏDV- dən necə deyərlər yağla bal bir yerdə çıxır. Qatışdırmaq üçün əziyyət çəkmirsən. Hazır qatışdırılıbda götür ye…”
Vergi idarəsində işləməyən vergi yığan…
İdarənin Kordonasiyya bölməsinin rəisi Əli Babayev and içə bilər ki, mən ödəyicidən heç vaxt pul almamışam. Düz deyər, Hacıdır axı… Hacılar yalanı sevməz, yalandan and içməz. Bəs sual edə bilərsiz – o zaman ödəyicidən aldadılaraq alınan pulları kim alır? Ötən yazılarınızda bu haqda yazmısınız, təktrar olsa da, deməliyəm – Əlinin atası Elşad Babayev qala-qala Əli niyə pul alıb adını bədnam etsin ki? Elşad obyeklərdə qanunsuz xronometraj yoxlamalar keçirir, ödəyicini qorxudub boynuna aylıq haqq qoyur. Özü də çoxdandır ki, vergi orqanında işləməyə-işləməyə. Yuxarıda adları göstərilən Nazimin, Nicatın, Valehin, Elçinin və Farizin Bakı şəhərində hər birini 3 yaxud 5 mənzili var. Elçinin Cəlilabadda şəxsi daşınmaz əmlak olan iki kommersiya dükanı, banka icarəyə verdiyi bir ədəd nəhəng daşınmaz əmlakı var. Allah daha çox eləsin, amma halallıqla. Bütün bu əmlaklar dövlət büdcəsindən oğurlanmış pullarla alınmışdır”.
Borcdan boğulan vergi əməkdaşları
Mənbə danışır və məlum olur ki, vergi məmurlarının heç də hamısı yağ-bal içərisində yaşamır:
“İdarədə elə əməkdaşlar var ki, əmək haqqını alıb ay ərzində elədikləri borca paylayır. Növbəti əmək haqqına yenidən borca girir,ərzaq dükanlarındakı nisyə dəftərlərində adları qeyd olunur, borc üst-üstə yığılır. Adları qeyd olunan əməkdaşlar isə süd gölündə üzürlər. İdarədən Bakıya transfer olmuş Nasir Əliyev Ərazi Vergilər İdarəsinin ərazisində olan ödəyicilərdən yığdığı pulun hesabına Bakıda neçə-neçə daşınmaz əmlaka sahib olub. Şəxsi “Lexsus-4602 (qiyməti 120-140 min manat arası – red.) avtomobili alıb.Yuxarıda adları qeyd olunan insanlar da eləcə sərvət sahibi olublar.Bu qədər əmlak sahib olmaq üçün neçə 10 illər işləyib təmiz əmək haqqına xidmət etməlidirlər”.
Sonda mənbə əməkdaşımızla söhbətində onu da qeyd edib ki, Valeh Əliyev Ədalət Fərəcovun tələb etdiyi pulu dövlət büdcəsinə ödəmək istəmədiyindən, özü Şamaxıya, 4 saylı Ərazi Vergilər İdarəsinin rəis müavini işləyən Vəlihəddin Yunsurovun yanına gedib ki, pulları birlikdə yemişik, sənin payına düşən məbləğ bu qədərdir, ödəyək. Əslində isə Valeh Nəlihəddinə ödəniləcək tam məbləği güya ikiyə bölüb deyib, əslində isə tamını ona deyib. Vəlihəddin isə ona deyib ki, mən 6 saylıda işləməmişəm və onu kabinetdə qoyub, otaqdan cıxıb. Bu pullar zəncirvari şəkildə yeyilib, yeyilir və belə getsə, yeyiləcək. Uzun müddətdir ki, ərazidə fəaliyyət göstərən, məsələn, ayda 200 manat vergi ödəyəsi ödəyici ayda 20 manat vergi ödəyir. İldə 2160 yuvarlaq 2000-2500 maanat birdəfəlik haqq verilir müfəttişlərə. Bu da bir vergi ödəyicisindən 2000 manatdan eləsə, ildə orta hesabla 3-4 milyon manat edir. Budur dövlət büdcəsindən yayınan pulların bir hissəsi…
“İnanılmış” adamlar
Mənbə əlavə olaraq deyir ki, “bu gün 6 saylıda adı qara pulların toplnmasında adı hallanan Bəhruz Heydərov əvvəllər 5 saylı Ərazi Vergilər İdarəsində bölmə rəisi olub. O, sözsüz ki, Ədalət Fərəcovun kadrıdır. Ədalət Fərəcov 5 saylı ƏVİ-dən 6 saylıya rəhbər gəlib. Gələndən sonra da Bəhruzu öz kadrı, inanılmış adamı, həmyerlisi kimi bura gətirib. Bu gün, dediyimiz kimi, idarədə pul məslələrini Bəhruz həll edir.”
Mənbə onu da bildirdi ki, İdarənin Kiçik sahibkarlarla iş şöbəsinin rəhbəri ƏLiyev Valeh olsa da, həmən şöbənin Vergi öhdəlikləri bölməsinin rəhbəri Bəhruz Heydərov əslində faktiki olaeraq şöbə rəhbəri vəzifəsini yerinə yetirir ki, bu da onun arxalı olmasından, Ə. Fərəcovun ona yaratdığı şəraitdən və inamdan irəli gəlir”
Əməkdaşımızın hər hansı bir ödəyicinin adının, rəhbəri olduğu firmanın fəaliyyətinə necə təsir və təzyiq olunduğunu soruşduqda mənbə,” hansısa ödəyicinin adını çəkməyə lüzum yoxdur, məncə”, – deyib. “Ödəyicilər qorxularından bütün bunları inkar edəcəklər. Bunlar o qədər arxayındırlar ki, arxakarı yuxarıdakılara elə bağlıdır ki, sizin yazılarınıza əhəmiyyətsiz bir şey kimi baxırlar. Saytdır da, yazır, kimdir onu oxuyan.” Oxuyan olsa idi, indiyə nəticəsi olardı”,- deyirlər. Öz aralarında bəhs edirlər ki, sadəcə bu yazılardan sonra yuxarıya ötürdükləri rüşvətin miqdarı bir qədər artıb, bunu da ödəyicilərdən qışqırda-qışqırda alırlar”.
Mənbə sonra təəccübünü də gizlətməyib: “Çox Maraqlıdır, bu materiallar ölkə rərəhbərliyinin, Vergilər Nazirliyi rəhbərliyinin diqqətini çəkmirmi, görəsən?..”
“Dostluğ”un arxası…
Mənbə sonda qızıl satışı ilə məşqul olan ödəyicilərin rəsmi ödədiyi vergilər, Lənkəranda mebel dükanlarının ödədiyi vergilər hər şeyi deyir, deyib: “Lənkəranda Dostluq müəssisəsi var, Mebel istehsalı və satışı, qaz topdansatışı, müxtəlif şirələr istehsalı, ərzaq mağazaları var.Bu müəssisələrin ödədiyi vergi fəaliyyətlərinin 1 fazini təşkil edir. Namiq Bağırov “Dostluğ”un arxasıdır. Burada onun pay haqqı var.
Bəhruz Heydərov isə bölmə rəhbəri olaraq şöbə müdürünün vəzifəsini icra edir. Şöbə müdürü Əliyev Valeh Yaşar oğlu isə kabinetdə oturdulub və plan cızmaqla məşğuldur”.
“6 saylı ƏVİ-də əzəl gündən qruplaşmadan kənarda qalan əməkdaşlar təsirə məruz qalır, sıxışdırılır və işdən kənarlaşdırılır”, – deyib mənbə.
Bizi izləyin, qarşı tərəfin də fikirlərinə yer ayırmağa hazırıq!
Ötgün
araz.az xəbər portalı.