cuceler.jpg
Ermənilər Azərbaycanın işğal altındakı Xocavənd rayon mərkəzində böyük quşçuluq fabriki yaradıblar.  Bu günlərdə Xankəndindəki qondarma rejimin “kənd təsərrüfatı naziri” hesab edilən Jirayr Mirzoyan həmin fabrikin işi ilə maraqlanıb. 

 
Moderator.az yazır ki, bu haqda separatçı erməni nəşrləri xəbər yayıb. “Lusakert” adlanan müəssisəni ermənilər sovet dövründə Xocavənddə fəaliyyət göstərən quşçuluq fabriki əsasında 2002-ci ildə bərpa ediblər. Fabrikdə bir dəfəyə 100 mindən çox cücə yetişdirilir. Hər ay 50 minə yaxın toyuq satışa göndərilir. Fabrikin xüsusi mağazalarının satıcılarıyla birgə 160-a yaxın işçisi var. Onların ayda 500-600 dollara yaxın əmək haqqı aldığı bildirilir.
 
Fabrikə Gürcüstandan inkubator yumurtaları, İrandan isə 1 günlük cücələr gətirilir.
 
 
 
 
 
Sultan Laçın   
 

araz.az xəbər portalı.