1526882945_5m6j-plyhf0.jpg

Qarabağda yaşayan ermənilər xarici ölkələrə necə səfər edir?
News12.az apardığı araşdırma şok detalları ortaya çıxardıb. Araşdrıma zamanı qondarma “arsax” respublikasının verdiyi pasportla və qondarma respublikanın sərhədlərindən çıxış möhürü ilə xarici ölkələrə səfər etdikləri və turistləri qəbul etdiyi məlum olub. Bu səfərələrin daha çox Rusiya, İran hətta qardaş Türkiyəyə olduğu məlum olub.

Məlumdur ki, qondarma respublikaya gələn turistlərin pasportuna heç bir möhür vurulmur. Turist yalnız “dqr”-nin girişində bir kupon alır və çıxışdan geri qaytarır. Lakin pasportda qondarma respublikanın nişanı ilə Rusiya, İrana gedən minlərlə erməni var. Maraqlıdır ki, nə Rusiya nə də İran sərhədçiləri bu turistləri geri qaytarmır.
P.S Yəqin Xarici İşlər Nazirliyimiz məsələ ilə bağlı rəsmi mövqeyini açıqlayacaq…

araz.az xəbər portalı.