etibarin-oglu.jpg

Əli Orucov: “Ayxan bəy ölkəmizin işıqlı gənclərindən biridir”

Azərbaycan Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədovun oğlu Ayxan Məmmədov ABŞ-ın Corc Vaşinqton Universitetində siyasi menecment ixtisasi üzrə təhsilini başa vuraraq, magistr dərəcəsi alıb. O, bu barədə atası ilə birlikdə facebookda məlumat və foto paylaşıb.

AMİP katibi Əli Orucov musavat.com-a açıqlamasında partiyanın təbrikini çatdırıb: “Ayxan bəy ölkəmizin işıqlı gənclərindən biridir. O, AMİP Gənclər Təşkilatının sədridir. Ayxan bəyin bu uğuruna AMİP-çilər olaraq çox sevindik. Onu təhsilini müvəffəqiyyətlə başa vurması münasibətilə ürəkdən təbrik edir, ona uğurlar arzulayırıq”.

Qeyd edək ki, A.Məmmədov bakalavr təhsilini Azərbaycan Turizm və Menecment Universitetində alıb.

Cavanşir ABBASLI,
Musavat.com

araz.az xəbər portalı.