1650191843 gilan“Gilan Holding” MMC-yə daha bir cərimə protokolu yazılıb.

araz.az  Pravda.az-a istinadən bildirir ki, MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.

Daha sonra protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.

İş hakim Murad Məmmədovun icraatına verilib. Məhkəmə iclasının vaxtı hələlik açıqlanmayıb.

Xatırlatma: Daha əvvəl MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci və 430.4-cü maddələri ilə cərimə protokolu yazılıb. Həmin protokol da Yasamal Rayon Məhkəməsinə göndərilib. İş hakimlər Murad Məmmədov və Hüseyn Səfərovun sədrliyi ilə araşdırılacaq.

Qeyd: “Gilan Holding” MMC-nin fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus olduğu (qeyri-rəsmi) bildirilir.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.