“Sədərək” Firmasına cərimə protokolu yazılıb.
araz.az Pravda.az-a istinadən bildirir ki, firma barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Valyuta tənzimi qaydalarının pozulması) maddəsi ilə inzibati protokol tərtib edilib.
Daha sonra protokol baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilib.
İş hakim Teymur Qurbanovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası aprelin 28-nə təyin edilib.
Qeyd: “Sədərək” Firmasının təsisçisi Yusif Qədimbəylidir.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.