“Bank BTB”nin 2022-ci ilin birinci rübünü zərərlə başa vurub.
araz.az APA-ya istiinadən xəbər verir ki, bu ilin ilk üç ayında bankın faiz gəlirləri 6,859 min manat, qeyri-faiz gəlirlər isə 1,056 min manat təşkil edib.
Hesabat dövründə “Bank BTB”nin faiz və ona bağlı xərcləri 4,006 min. manat, qeyri-faiz xərcləri isə 4,002 min. manata bərabər olub.
Nəticədə bankın 93 min manat əməliyyat zərəri yaranıb.Mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 3,201 min manat ayırma edildikdən sonra bankın xalis zərəri 3,295 min manat olub.
Qeyd edək ki, bank ötən ilin birinci rübünü 365 min manat xalis mənfəətlə başa vurmuşdu.
araz.az xbər portalı.
araz.az xəbər portalı.