Xəbər verdiyimiz kimi, Milli Məclisin ötən gün keçirilən iclasında deputat Razi Nurullayev Xəzər dənizini hasarlayan vəzifəli şəxsləri tənqid edib. Razi Nurullayev çıxışı zamanı deyib ki, Xəzər dənizinin sahilləri işğal altında qalmaqda davam edir. Deputat təklif edib ki, dəniz kənarından 130 metr məsafədə tikintiyə qadağa qanunla təsbit edilsin və dənizi hasarlayanların hasarı və mülkləri sökülsün.
Sözügedən təkliflə bağlı Milli Məclisin digər deputatı Azay Quliyev həmkarının bu təklifinə müsbət reaksiya verib.
araz.az-ın xəbərinə görə Azay Quliyev Demokrat.az-a açıqlamasında bildirib ki, Xəzər dənizi sahillərinin bu cür hasarlanması heç də xoş mənzərə deyil:
“Mən bu məsələlərin qanun çərçivəsində həllinin tərəfdarıyam. Hesab edirəm ki, bu məsələ müvafiq qurumlar tərəfindən ciddi araşdırılmalıdır. Və buna qanunvericilik çərçivəsində baxılması daha düzgündür”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.