Xəbər verdiyimiz kimi, Baş Prokurorluq “Tərtər İşgəncələri” ilə bağlı yeni yaradılan İstintaq Qrupunun gəldiyi nəticəsini elan edib.
Açıqlamada bir nəfərin ölümündən sorna bəraət alması, həmçinin, zərərçəkənlərin sayı və yeni həbslərdən danışılır.
“Tərtər İşi”nin obyektiv aparılması üçün mübarizə aparan ictimai xadim Ərəstun Oruclu son açıqlama haqqında danışıb.
araz.az-ın xəbərinə görə, Yeni istintaqın başlamasının 4 ayının tamam oldğunu xatırladan Ərəstun Oruclu bildirir ki, Prokurorluğun açıqlaması narazı qalan zərərçəkənlərin bəyanatları barədə olub:
“Mən istintaqın gəldiyi nəticəni və bu açıqlamanı yarımçıq hesab edirəm. Çünki, zərərməkənlər deyirdi ki, etiraz aksiyaları keçirəcəklər. Görünür, bunu aradan qaldırmaq üçün bu qərar verildi. Amma mahiyyətinə varanda yeni bir şey yoxdur. Yeganə prinsipial yenilik Rəşid Niftəliyevin həbsi və bir də Elçin Quliyevə bəraət veriıməsidir. Hesab edirəm ki, bu çoxdan edilməli idi.
Əgər təkrar istintaq varsa, proses sıfırdan olmalıdır. Bu gün iş alanlar, mühakimə olunanlar var, bu da gözdən pərdə asmaq üçündür. Onlar 2018-2019-cu ildə mühakimə olunublar. Sonradan kiminsə “sirli əliylə” azad olunublar. Əsas suallar qalır. Sual olunur ki, 4 ayda istinaq hansı işləri görüblər. Heç kəsə sirr deyil ki, ortada vəzifə cinayətləri var. Görüntü yaranır ki, casuzluq faktı olub. İstintaqını aparanda aşırı güc tətbiq edilib. Deyək ki, belədir, Onda sual olunur ki, hansısa gizir polkovniki necə sorğulayıb? Bəs, istintaqı aparan qurumun müstəntiqi hara baxırdı? Bu gün Hərbi Prokurrluğun əməkdaşlarına qarşı yüzlərlə şahid ifadələri var. Amma o adamlar kənardadır”.
İstintaq qrupunda 4 nəfərin Hərbi Prokurorluğun müstəntiqləri olduğunu xatırladan Ərəstun Oruclu hesab edir ki, donlar bu işdən təcrid olunmalı idi: “Bundan başqa yüksək vəzifəlilər arasında cəmi 2 nəfər var. Amma Müdafiə NAzirliyinin rəhbərliyində olan bir sıra adamlar kənarda qalıb. Sirr deyil ki, Hikmət Həsənov, Nəciməddin Sadıqov cinayətin əsas iştirakçılarındandır. Bundan başqa fəaliyyətsizliyi ilə məsuliyyət daşıyan Zakir Qaralov, Rüstəm Usubov, Zakir Həsənov, Xanlar Vəliyevin də məsuliyyəti var. Bu gün Nəcimədin Sadıqovun bacısı oğlu əsas füqur olan Ramil Əsgərov bu dəhşətli cinayətin texniki təşkilatçısıdır. O və Hilal Nəcəfov da məsuliyyətə cəlb olunmalıdır”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.