İnsan Hüquqlarının Müdafiəsi Beynəlxalq Komitəsinin (İnternational Human Rights Defence Committe — CIPDH) saxta vəsiqəsini üstündə gəzdirən, bu azmış kimi, qurumun “mayor rütbəli” geyim formasında gəzməkdən belə çəkinməyən Elçin Quliyev, əslində, qanunsuz əməllərlə dolu qarmaqarışıq keçmişi olan bir şəxs kimi ictimaiyyətə tanışdır.
Bu barədə, etibarlı informasiya mənbəsi olan araşdırmaçı bir jurnalistin araz.az-a verdiyi məlumatda o da bildirilir ki, bu şəxsin, həm də savadsız olması çoxlarına məlumdur və artıq, bunun doğruluğuna cüzi bir şübhə yeri də qalmayıb: “Bəs, onda, savadsız Elçin Quliyevin Abşeron Rayon İcra Hakimiyyətində nə işi?! Belə birisi hansı yüksək nəaliyyətlərinə görə, belə bir yüksək dövlət strukturunda fəaliyyət göstərir?! Bu suala cavab tapmaq üçün, bir sıra araşdırmalar aparmaq qənaətinə gəldim. Məlum oldu ki…”.
SAXTA GENERALIN, SAXTA MAYORU!
Bu kiçik başlıq da, araşdırmaçı jurnalistin həmin məlumatındandır və onun tərəfindən, daha çox cəlbediciliyi üçün düşünülməyib: “Doğrudan da, həqiqəti özündə əks etdirir! Bu başlıq altında o da bildirilir ki, bir ara, Elçin Quliyev İnsan Hüquqlarının Müdafiəsi Beynəlxalq Komitəsinin saxta generalı Firdovsi Ələkbərovun “sağ əli” kimi özünü təqdim edərək, insanları bu quruma cəlb etməyə çalışırdı: “Sonralar məlum oldu ki, ümumiyyətlə, CIPDH-nin Mərkəzi Asiya Bürosu, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiqlənməyib.
Bir çox şəxslərə belə saxta “rütbələr” vəd edərək, pul aldığına görə, Firdovsi Ələkbərov 2019-cu ildə həbs də edilib. Onun bu söhbətlərdə adı hallandığına dair əlimdə məlumatım olmasa da, həmin dönəmlərdə saxta “mayorun” saxta “generalla” sıx əməkdaşlıq edərək, forma geydiyi əlimdəki bu foto-faktlardan bilinir. Bu və bu kimi qarmaqarışıq bir keçmişi olan diplomsuz, savadsız və dələduz bir şəxsin İcra Hakimiyyətində İctimai Şura sədri işləməsi, mövcud qanunlarımıza da ziddir.
Hələlik, bu qədər!
Yeri gəlmişkən, onu da bildirirəm ki, bu mövzü ilə bağlı, artıq, çoxdan sübutunu tapmış faktlar və dəlillər əlimdə çox olduğundan, silsilə yazılarım da davamlı olacaq”.
Xəbər portalı olaraq, araz.az, qarşı tərəfin mövqeyini də dərc etməyə hazır olduğunu bildirir. Və sonda, saxta “mayor” Elçin Quliyevin saxta “general” Firdovsi Ələkbərovla bərabər fəaliyyətinə dair, etibarlı mənbə tərəfindən redaksiyaya təqdim olunan foto-faktları dəyərli oxucularla bərabər, ictimaiyyətin də diqqətinə çatdırır:
araz.az xəbər portalı.
araz.az xəbər portalı.