Ilham-Aliyev22052018.jpg

Hər şey aydındır…

Bizdən əl çəkməyəcəklər.

Problem heç də avropalı demokratların xəzər balığı ilə şübhəli əlaqələrində deyil.

Qara kürünün məharəti  barədə  şişirdilmiş “ağ” diskussiyalar  özgə bir mətləbdən nişan verir.

Hədəf  eynidir: Cənubi Qafqazın neft və  lider ölkəsindəki sabitlik və həmin sabitliyi təmin etməyi bacarmış lider…

 “Yol xəritəsi” fərqli  məkanlarda testdən çıxmış üsullarla tərtib edilib.

Ardıcıl ideoloji-siyasi basqılar həyata keçirilir

Rəngli və parıltılı adlarla : insan haqları , fundamental azadlıqlar. Seçki saxtakarlığı və .s

Bir qayda olaraq, hər seçki prosesindən sonra ATƏT-in verdiyi bəyanat müşahidəçi qənaətindən daha çox  ideoloji-siyasi diversiyaya oxşayır:

“Hökumət  xalqın dinc yolla hakimiyyəti dəyişdirmək şansını əlindən alır”.

(Özü də xalqın adından danışılır. Bu səlahiyyəti  kim verib?

Dinc yolun alternativi nədir?    

Şərh verməyə  nə lüzum.

Xaos , yeni ərazi itkiləri, zəiflədilmiş hakimiyyət və Qarabağın de – yure təhvil-təslimi. Bu, erməni adıyla kodlaşdırılmış düşmənin  perspektiv  və strateji  istəyidir.

Əhali ilə dövlət təsisatları  arasında inamsızlıq səddi hörülür…

Rüşvət və korrupsiya ittihamları büdcə oğurluğuna etiraz nidası kimi səslənə bilər. Ancaq ilk baxışda …

Mövzu  büdcəmizə uzanan əyri əlləri kəsmək  üçün  tirajlanmır .

Bu,  dövlətə qarşı ikrah aşılamağın ən təsirli vasitələrindən biridir.

Yəni, sənə məxsus  pul , bir mühacirin ləhcəsiylə desək, “çəmədanlarda” xaricə daşınır…

Fərqli  texnologiyalar işə salınıb.

Məsələn, xarici qonaqlara  Azərbaycanda olarkən apteklərdən dərman almamaq barədə xəbərdarlıq edilib.

Təbii ki, xəbərdarlıq ,əslində,  birbaşa daxili auditoriyaya  istiqamətlənir.

Deməkdir ki, sağlamlığını,  hər şeydən üstün olan can sağlığını  yerli  səhiyyəyə  etibar etmə.

Dövlətinə güvənmə və s.

Dövlət-vətəndaş bağlarının məmurlar tərəfindən vaxtaşırı zədələndiyini   ( bilərəkdən, ya  bilməyərəkdən) əlavə etsək ,məsələ  xeyli tündləşir…

Günün günorta çağı , göz görə-görə obıvatelin damarına kin, nifrət hissi  adi ampulalarla deyil, vedrə-vedrə yeridilir…

Ölkəni lidersizləşdirmək üçün cəhdlər  səngimir …

Azərbaycan kimi mürəkkəb vəziyyətdə olan bir ölkəyə sıradan bir prezident yox, bütün davranışlarıyla  ölkəsini və xalqını təmsil edə  və yönləndirə bilən lider- dövlət başçısı gərəkir.

Avropadan başladılmış və davam edən  söyüş, təhqir kompaniyası ölkənin ictimai  – siyasi inanclarını sıradan çıxarmağa hesablanıb.

Heydər Əliyev Azərbaycanın dövlətçilik və siyasi inancıdır.

Siyasi inancından məhrum olunmuş  xalqın milli dövləti olmaz, dövlətçiliyi rəqabət imkanlarını  yerli-dibli  itirər.

Bir neçə il əvvəl Böyük Britaniya kral ailəsinin yeni üzvü – Şahzadə Vilyamın oğlan övladı dünyaya gəlmişdi.

Müttəfiq dövlətlər Kraliçanı və ölkənin baş nazirini təbrik edirdilər. Təbrik mətnlərində yeni doğulan körpə  regionda sabitliyin və rifahın rəhni kimi dəyərləndirilirdi.

Körpə gələcəkdə hansı fiziki və əqli göstəricilərə sahib olacaq? Hələ bilinmir.

Krallıq  növbəsi ona yetişəcəkmi? Demək çətindir.

Kimsəni  ilgiləndirməz.

Bu, bir dövlətçilik ənənəsidir.

Kimsənin  buki adi “uşaq əyləncəsidir” deməyə  haqqı çatmaz.

Və hər kəsdən bu ənənəyə sayğı tələb olunur…

Heydər Əlirza oğlunun  soyadı Azərbaycanın siyasi etiketidir.

Heydər Əliyev-milli dəyərdir…

“Diktator “  deyirlər, –

 Prezidenti prinsipial və haqlı mövqeyindən çəkindirmək üçün…

Keçməz!

Milli maraqlar hər növ  idarəçilik formasının, istənilən konstitusiyanın və  digər ali  qanununların fövqündə dayanır…

Əliyev soyadı prezidenti aşkar və gizli  hücumlara məruz qoyur.

Bəli, İlham Əliyevi sevməyənlər var…

Neçə nəfərdirlər: bir, iki, üç, on, yüz ,min?

Say  üzərində   baş sındırmağa  ehtiyac-filan yox.

Çünki…

Azərbaycan prezidenti və  onun simasındakı Azərbaycana bəslənilən   antipatiyanı (dəxli yoxdur, daxili, ya da  xarici) doğuran səbəblər  antimilli və anti-əliyevçi statistikanı heçə endirir.

O səbəblər ki ,  Azərbaycanın və onun  liderinin tənqidçilərinə səxavətlə  qucaq açan  tribunanı (və ya tribunaları) Azərbaycan prezidentinin liderliyini, alternativsizliyini və legitimliyini təbliğ , həm də təlqin edən xitabət kürsüsünə çevirir…

(Necə ki, AŞPA-nın nümayəndə heyətimizə tətbiq etdiyi sanksiya qurumun özünü , ümumiyyətlə, qərb demokratiyasını ifşa edir. Avropalı demokratlar kürüylə alınıb, satılırsa Xəzər balığının nə günahı?)

Səbəblər hansılardır…

Brinci:

Azərbaycan prezidenti diktəyə  qarşı barışmazdır.

O, hər addımda müstəqil ölkənin müstəqil prezidenti olduğunu nümayiş və sübut edir…

İlham Əliyevlə təzyiqlə danışmağın faydası yoxdur və nəticəsi olmaz.

İkinci :

 Azərbaycanın siyasi səhnəsi İlham Əliyevin şəriksiz nüfuzu və təsiri altındadır.

İlham Əliyev faktoru  ictimai – siyasi fəaliyyət sahəsini  sanki əlçatmaz  və keçilməz  zolağa çevirib.

Prezidentin özündən asılı olmayaraq

Üçüncü:

İlham Əliyev  yerli və əcnəbi həvəskarlara Azərbaycan xalqından təcrübə materialı kimi istifadə etmək şansı vermir .

Dördüncü:

 Ölkə  və onun  ərazisi qonşulara qarşı heç bir prosesdə iştirak etmir. Birmənalı şəkildə.

“Nazik sap üzərində yürüdülən xətt” (İfadə Heydər Əliyevə məxsusdur) kimi səciyyələndirilən xarici siyasət kursumuza İlham Əliyev praktik məzmun gətirib:

 “Azərbaycan qarşıdurma yox, əməkdaşlıq məkanıdır!”

Beşinci:

 Soyuqqanlı məntiq və kompromissiz mövqe.

Müstəqillik –qarşılıqlı asılılıq deməkdir…

Söhbət ölkənin müstəqilliyindən və  ərazi bütövlüyündən gedirsə, prezidentin qətiyyəti  hətta  siyasi konyukturdan kənara  çıxır.

O, Azərbaycanın müstəqilliyini  yalnız qarşılıqlı “asılılıq” əsasında “güzəştə” gedə bilər…

21-ci əsrin qlobal  qayğıları məhz bu modeli  tələb edir:

Milli  müstəqil dövlətçilik yalnız  qarşılıqlı faydalı  asılılıq (əməkdaşlıq) mühitində yaşaya və inkişaf edə bilər….

Prezidentə  və onun ölkəsinə yönəlmiş   hücumun  səbəbləri Azərbaycanın  uğur modelini  təmin edən şərtlərdən zərrə qədər  fərqlənmir…

Alqış Musayev ile ilgili görsel sonucu

 Alqış Musayev

araz.az xəbər portalı.