“Rusiya ən yaxşı desantlarının 90%-ni itirib. Bu, müharibənin birinci yarısında, yəni təxminən aprel ayına qədər baş verdi”.
araz.az xəbər verir ki, bunu “Bellingcat”-ın jurnalisti və tanınmış hərbi ekspert Xristo Qrozev bildirib.
Qrozev Ukrayna telemarafonunun efirində bu haqda açıqlama verib. “Rusiya ən yaxşı desantlarını itirdi. Bu, ordunun ən keyfiyyətli və vacib hissəsidir, onsuz əsas infrastruktur obyektlərini və paytaxtı fəth etmək mümkün deyil”, – ekspert vurğulayıb.
Daha sonra Qrozev bildirib ki, Rusiyanın qabaqcıl hesab etdiyi muzdlu birlikləri də darmadağın edilib: “Onların Suriyada, Afrika ölkələrində və Donbassda real döyüş əməliyyatları təcrübəsi var idi. İkinci eşelonda itkilər dörd min nəfər təşkil etdi”. Qrozevin sözlərinə görə, məhv edilən muzdlular əvvəllər müharibələrdə iştirak etmiş əsgərlərin böyük faizidir.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.