“Mağazaları Belarus “kərə” yağları bürüyüb. Apardığım araşdırmalara görə, 90 faizi saxta yağdır. Satıcılar deyir ki, “Veysəloğlu” gətirir verir, daha hardan gətirir, kim düzəldir bilmirik”.
Bununla bağlı jurnalist Elçin Bayramlı status paylaşıb.
O, vurğulayıb ki, üstünə adi bir kağızda Belarusiya yağı yazılır. Heç bir başqa məlumat yoxdur. 1 kq-lıq əyri-üyrü paketlərdə 4 manatdan 16 manatadək qiymətdə xalqa sırıyırlar. Özüm məxsusi yoxlamışam evdə, adi kimyəvi marqarindir. Kərə yağından əsər əlamət yoxdur dadı da acıdır.
Belarusun Bakıdakı rəsmi mağazalarında ən ucuz kərə yağı 20 manatdan bahadır. Bunlar neçə 5-10 manata Belarusdan kərə yağı gətirirlər, lap möcüzədir. Sadəcə bilirlər ki, camaat ən yaxşı yağın Belarus yağı olduğunu bilir, ona görə də o ad altında hər cür kanserogen kimyəvi zir-zibili xalqa sırıyırlar .Ümidvaram Qida Təhlükəsizliyi Agentliyi nəhayət işə başlayacaq. Bunlar hamnı zəhərləyib öldürməmiş”.
Big.az saytı bununla bağlı Qida Təhlükəsizliyi Agentliyinə sorğu göndərib. Agentlikdən tezliklə bu məsələ ilə bağlı monitorinqlərin başlayacağı bildirilib.
BiG.AZ
araz.az xəbər portalı.