kepenek_2.jpg

ABŞ ordusu dördüncü nəsil F-15 qırıcıları ilə daha modern və üstün olan beşinci nəsil çoxməqsədli döyüş təyyarəsi Su-57 arasında yarana biləcək döyüşdə şansları bərabərləşdirmək üçün var gücü ilə çalışır.

Turkustan.info xəbər verir ki, bu barədə “Nəşnl İnterest” yazıb.

Artıq köhnələn F-15-lər uzun illər boyu havada hakimiyyəti əlində saxlayan ən yaxşı döyüş təyyarələridir. Üstəlik bu təyyarələr ABŞ Hərbi Hava Qüvvələrinin əlindəki təyyarə parkının demək olar ki, yarısını təşkil edir. Yəqin ki, buna görə də ABŞ mütəxəssisləri Rusiya ilə müharibənin başlayacağı halda F-15-lərin çətin rəqib sayılan Su-57 ilə qarşılaşmasını ehtimal edir.

Xüsusən yeni mühərriklə təmin olunduqdan sonra Su-57 təyyarələri sürət, manevr qabiliyyəti, radarlar üçün təyyarəni görünməz edən stels texnologiyası və elektron döyüş aparmaq qabiliyyətindən ibarət çoxtəsirli kombinasiyaya görə bütün dördüncü nəsil döyüş təyyarələri üçün böyük bir təhdid əmələ gətirir.

Bu zaman isə ABŞ qırıcıları düşməni uzaq məsafədən aşkar etmək və görünməzlik funksiyasını ləğv etmək üçün müxtəlif təyyarələrdə quraşdırılmış cihazlardan informasiya mübadiləsini həyata keçirə bilər. Bunun üçün isə “Lokid Martin” şirkəti F-15-lər üçün “Legion Pod” adlı sistemin inkişaf etdirilməsinə başlayıb.

“Əgər Su-57 uzaqdan məhv edilməsə, ilk qarşılıqlı vuruşların ardından F-15 hərəkətli rus qırıcılarına qarşı qarşıdurmada daha əlverişsiz vəziyyətə düşəcək”, – yazıda qeyd olunub.

 

araz.az xəbər portalı.