asas2405201801.jpg

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley tədbirlər çərçivəsində Çağdaş Milli Azadlıq Hərəkatının liderlərindən biri, Bakı və Kəndlər Birliyinin qurucusu və ilk sədri, Azərbaycan Xalq Hərəkatı Partiyasının (AXHP) sədri Nəsir Ağayevlə görüşüb. Bu barədə “Ekspress.az”a ALDP-nin mətbuat xidmətindən bildirilib.

Verilən məlumata görə, Fuad Əliyev Nəsir Ağayevlə tanış olduğundan fəxr etdiyini bildirib: “Sizinlə 17 il əvvəl tanış olduğuma görə gürur duyuram. Siz Azərbaycanda Xalq Hərəkatının aparıcı simalardan birisiz. Siz Azərbaycanın müstəqilliyi, Azərbaycan bayrağının yenidən dalğalanması və azadlığı üçün heç nəyi fikirləşmədən mübarizəyə qatılmışdız. Siz və Sizin kimi mübariz insanlar bizə Müstəqilliyi və Cümhuriyyətin 100 illiyini qeyd etməyə nəsib etdiniz. Biz bilirik ki, Azərbaycanın azadlığı və müstəqilliyinin qorynması uğrunda apardığınız mübarizə heç də asan olmayıb. Müxtəlif təqib və təzyiqlərlə, hətta ölümlə hədələnmisiz. Amma mübarizənizdən geri dönməmisiz. Sizin kimi mübarizlər gənc nəslə nümunə, örnək olmalıdır. Sizin qarşısında biz baş əyirik”.

Nəsir Ağayev xoş sözlərə görə Fuad Əliyevə öz minətdarlığını bildirib və onu yada salıb ziyarət etdiyinə görə ALDP rəhbərinə minnətdarlığını bildirib və kitab hədiyyə edib.

Murad MƏMMƏDLİ

araz.az xəbər portalı.