1651955257 1f2c770c 08a6 4158 99a6 565523a822dbHər bir dövlətin əsas funksiyalarından biri öz təhlükəsizliyini və vətəndaşlarının təhlükəsizliyini təmin etməkdir. Bunu təmin etmək üçün bir çox mühüm  dövlət strukturları və milli təhlükəsizlik orqanları mövcuddur. Ermənistan normal dövlət olmasa da, onun da adıçəkilən funksiyaları yerinə yetirən qurumları var. Bu təhlükəsizlik siyasətini  həyata keçirən Ermənistanın Milli Təhlükəsizlik Xidmətidir. Müharibədən sonra bu xüsusi xidmət orqanı bir neç dəfə rəhbərliyinin dəyişməsinə baxmayaraq, heç bir əhəmiyyətli fəaliyyətə imza atmayıb. Əsasən polis funksiyaları ilə məşğul olan Ermənistan MTX-nı indi də Azərbaycanda fəaliyyət göstərən saytlardan birinin müxbiri “zibilə” salıb. Ermənistanın əsas kəşfiyyat xidməti hesab olunan bu qurumu yerli erməni mətbuatı da bu məsələyə görə iki gündür yıxıb sürüyür.
Yarı yuxulu olan erməni xüsusi xidmət orqanları bütün səylərini Paşinyanı hakimiyyətdə saxlamağa və Ermənistanın daxili müxalifətini əzməyə yönəltdiyi bir vaxtda, Azərbaycandan olan müxbir əlini-qolunu sallayayaraq Ermənistan paytaxtına gəlib və burada ermənilərin Azərbaycanın tarixi-mədəni irsini dağıdıb məhv etməsini təsdiqləyən ətraflı sənədli film çəkib. 
Film bu gün səhər sosial şəbəkəbə geniş paylaşılıb. Mən də görən kimi dərhal paylaşdım. Qəhrəman müxbir haqqında məlumat toplamağa çalışdım, lakin 20 saat ərzində heç nə əldə edə bilmədim. Əldə etsəydim belə bu barədə məlumat olmayacaqdı. Əldə etməməyimə görə də sevindim. Belə bir qiymətli kadr barədə məlumat tam məhdud audiotoriya üçün açıq olmalıdır. Bu barədə nəsə bilənlər üçün də hələlik susmaq ən doğru addımdır.  
Müxbirin İrəvandan təqdim etdiyi foto və video materiallar realdır və burada montajdan söhbət gedə bilməz. Həqiqətən də biz İrəvanın göbəyindən istədiyimiz mövzuda məlumat əldə edə biliriksə, bu böyük uğurdur. Buna cənab Prezident İ.Əliyev də Laçın dəhlizindən keçən maşınlarının yoxlanılmasına dair dəqiq faizləri açıqlayandan sonra əmin olmuşdum. Növbəti dəfə Ermənistan paytaxtındakı hökumət binalarının və ya strateji-hərbi xarakterli obyektlər haqqında film nümayiş etdirilərsə, heç də təəcüblənməyəcəm. 
Bir haşiyəyə çıxacam. Bir zamanlar erməni dilinin akademik səviyədə öyrənilməsini təbliğ edəndə, bu işdə can qoyan gənclərin, xüsusilə də Şahin Qocayevin müəllim kimi əməyinin dəyərləndirilməsini təklif edəndə, bir çox savadsız ura-patriotlarımız Şahini də, məni də tənqid etməkdən çəkinmədilər. Düşmən dilini öyrənmədən ona qarşı mübarizə aparmaq və qalib gəlmək mümkün deyil. Yəqin ki, bu faktdan sonra hər birimiz məlum aksiomanın doğru olduğunu etiraf edə bilərik. 
Bəlkə də bəhs etdiyimiz bu materailı erməni dilini öyrənən həmin gənclərdən biri və ya güc strukturlarımızın birinin əməkdaşı həyata keçirib. Mən həmin şəxsin hələ də Ermənistanda olduğunu, bəlkə də İrəvandakı mitinqdə iştirak etdiyini və ya erməni polisindən müsahibə aldığını istisna etmirəm. Çünki, son 18 ayda dəfələrlə efirdə və müsahibələrimdə Ermənistanın ən böyük probleminin təhlükəsizliklə bağlı olduğunu bildirmişəm. Artur Vanetsyan və Arqişti Kyaramyandan sonra Ermənistan Milli Təhlükəsizlik Xidməti sıradan bir özəl mühafizə xidmətinə çevrilib. Peşəkar kadrların əksəriyyəti indi Fransa meydanda Alen Simonyanın anasının barmaqla “dirijorluq” etməsindən həzz alır. 
Ermənistan xüsusi xidmət orqanları hələ də Azərbaycandan gələn jurnalist qonağın qarşılanması ilə bağlı açıqlama verməyib. Bəlkə utanıb yerə giriblər. Nə normal qonaq da qarşılaya bilmirlər, nə də qonağın harda olmasını öyrənmirlər. Hazırda erməni xəfiyyələrin indi kor toyuq kimi vurnuxduğunu təsəvvür edirəm.  
Ermənistan MTX-sı son zamanlar bir nəfər də olsun casus tapmaması, bir dəfə də olsun təxribatın qarşısını almaması, təhlükəsizlik əvəzinə müxalifətçilərin təqibi ilə məşğul olması, bizə imkan verir ki, gələcəkdə İrəvan paytaxtından daha geniş metrajlı filmlər izləyəcəyimizə ümid edək.
Müxbirimizin tarixi torpaqlarımıza 35 illik fasilədən sonra ilk səfəri bir daha onu göstərir ki, Ermənistanın rəhbərləri və əhalisi Azərbaycan Prezidenti İlham Əliyevin keçən il iyulun 21-də səsləndirdiyi “Zəngəzur, Göyçə, İrəvan bizim doğma torpağımızdır, biz qayıdacağıq” bəyanatını bir daha, amma daha diqqətlə oxuyub nəticə çıxarmalıdırlar. 
 
Ədalət VERDIYEV, hərbi ekspert

araz.az xəbər portalı.