“Təhsil Nazirliyi və DİM-in kifayət qədər iş yükü var”.
araz.az AzEdu.az-a istinadən bildirir ki, Bu sözləri təhsil eksperti Adil Vəliyev deyib.
Adil Vəliyev bu qurumların iş yükündən danışıb:
“Müəllimlərin işə qəbulu, yerdəyişmə prosesi, orta məktəb, tələbələrin transferləri kimi proseslərinin iş yükü demək olar ki, Təhsil Nazirliyinin üzərindədir. Dövlət İmtahan Mərkəzinə nəzər yetirsək görərik ki, onların da iş yükü kifayət qədərdir. Bu qurum ümumilikdə ölkədəki imtahanlaa nəzarət edir.
Düşünürəm ki, həm, Təhsil Nazirliyinin həm də, Dövlət İmtahan Mərkəzinin iş yükünü azaltmaq üçün müəyyən qurumlar yaradılması məqsədəuyğundur.
Yaxın keçmişə nəzər yetirsək, görərik ki, xarici pasport və s kimi sənədlər alarkən Daxili İşlər Nazirliyinə mürəciət edirdik. Hazırda isə ASAN xidmətlərin olması işimizi xeyli yüngülləşdirib. Eyniylə Təhsil Nazirliyi və DİM-də texniki məsələlər üzrə müəyyən qurumun fəaliyətə başlaması gözəl olar. Əlbətdə ki, bu işlərisi ASAN xidmət tərəfindən həyata keçirilməsininəzərdə tutmuram”.
Təhsil eksperti sonda bir daha qeyd etdi ki, “Düşünürəm ki, diplomların tanınması elecə də, müəllimlərin yerdəyişməsi və məktəblərdə qeydiyyyat prosesinə nəzarət edən bir qurum yaradılsa, həm Təhsil Nazirliyinə, həm də Dövlət İmtahan Mərkəzinə faydalı olacaqdır”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.