16521949872904117069 1000x669 1

     Azərbaycanın Moldovadakı Səfirliyi, bu ölkədəki Azərbaycanlılar Konqresi (MAK) ilə birgə, müasir Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş tədbir keçiriblər. Kişineu şəhərində keçirilən bu tədbir çərçivəsində Ümummilli Liderin həyat və fəaliyyətinə həsr edilmiş foto-şəkillərdən ibarət sərgi də təşkil edilib.

     Bu barədə, Səfirliyin Mətbuat Xidmətindən araz.az-a daxil olan məlumata görə, yüksək səviyyədə keçirilən bu tədbirdə Moldova Parlamentinin hakim Fəaliyyət və Həmrəylik Partiyasından olan deputatı, Moldova — Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü Vitaliy Jakot, Moldovanın Millətlərarası Əlaqələr Agentliyinin rəhbəri Vera Petuhov, ölkənin ictimai-siyasi xadimləri, bu ölkədə yaşayan icmaların nümayəndələri, yerli və xarici tələbələr, eləcə də çoxsaylı həmvətənlərimiz iştirak ediblər.16521949876020625819 1000x669

     Öncə qonaqlar Ulu Öndərin Səfirliyin önündəki bağçada ucaldılmış büstü önünə gül dəstələri düzüblər. Bundan sonra, tədbirdə giriş nitqi ilə çıxış edən ölkəmizin Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov qonaqları salamlayaraq, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin doğum gününün hər bir azərbaycanlı, eləcə də bütün dünyada yaşayan həmvətənlərimiz tərəfindən sevinc və qürurla qeyd edildiyini xüsusi vurğulayıb. Bu Dahi Şəxsiyyətin həyat və fəaliyyətinin fədakarlığın, Vətənə, xalqa sədaqətli xidmətin bariz nümunəsi olduğunu vurğulayan səfir, Dahi Liderin müdrik siyasətinin Azərbaycanın dövlət müstəqilliyini əbədi və sarsılmaz etdiyini diqqətə çatdırıb. Səfir çıxışında onu da bildirib ki, əsası Ümummilli Lider tərəfindən qoyulmuş milli dövlətçilik strategiyası, eləcə də iqtisadi-sosial inkişaf layihələri Azərbaycan Respublikasının gələcək inkişafını müəyyən edib.16522014434019629467 1000x669

      Natiq bu Dahi Rəhbərin layiqli davamçısı, Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən, 44 günlük Vətən Müharibəsində Heydər Əliyevin Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi arzusunun gerçəkləşdirildiyini, bununla da Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğunu və azad edilmiş ərazilərimizdə quruculuq işlərinin getdikcə daha sürətlə aparıldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Səfir öz nitqində Ümummilli Liderin insanları vətənpərvərliyə və mübarizələrə səsləyən, daha çox Azərbaycanda gələcək xoş həyatla bağlı olan deyimlərini də xatırladaraq, çıxışını yekunlaşdırıb.1652201443494525 1000x669

     Deputat V. Jakotun çıxışı da maraqlı alınıb. O, öz çıxışında əsasən onu diqqətə çatdırıb ki, hər bir xalqın tarixində, özünün müstəsna xidmətləri ilə iz qoyan, dövlətçilik ənənələrini yaşadan və formalaşdıran Ümummilli Lideri var. Azərbaycan xalqının Ümummilli Lideri isə, XX əsrin görkəmli tarixi şəxsiyyətləri sırasında özünə əbədi yer alan Müdrik Rəhbər Heydər Əliyevdir. Deputat çıxışında onu da qeyd edib ki, Heydər Əliyev dühasının, 1969-cu ilə qədər keçmiş SSRİ-nin aqrar bir respublikası kimi tanınan Azərbaycanı, çox qısa müddət ərzində inkişaf etmiş sənaye ölkəsinə, yüksək mədəniyyəti ilə, bütün dünyada tanınan bir ölkəyə çevirə bilməsi bir həqiqət və reallıq idi. V. Jakot onu da tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, Heydər Əliyevin birbaşa rəhbərliyi altında, neft sektorunun aparıcı nümayəndələri ilə bağlanmış “Əsrin Müqaviləsi” nəticəsində, Azərbaycan iqtisadi sahədə mühüm nailiyyətlər əldə edib. Beləliklə, Heydər Əliyevin sovetlər dönəmində və bundan sonra Azərbaycanın müasir tarixi dövründə fəaliyyəti bir-birini tamamlayan iki mərhələ kimi qiymətləndirilə bilər.1652194987243915071 1000x669

     Onun müdrikliyi sayəsində və uzaqgörən rəhbər siyasəti nəticəsində, Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və dövlətçilik ənənələri getdikcə daha da möhkəmləndirilib. Eyni zamanda, deputat öz çıxışında Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində hazırda Azərbaycanın sosial rifah və iqtisadi inkişaf yolu ilə irəliləyən, Beynəlxalq Birliyin nüfuzlu üzvü kimi mövqeyini qoruyan, eləcə də regionun siyasətində mühüm rolu olan ölkə olduğunu da, xüsusi vurğulayıb. Daha sonra, V. Jakot xalqın və dövlətin inkişafında böyük xidmətləri olan Dahi Lider kimi Heydər Əliyevin həm Azərbaycan tarixində, həm də bütün dünya siyasətində dərin iz qoyduğunu qonaqların diqqətinə çatdırıb. Çıxışının sonunda, o, Moldova xalqı adından Azərbaycan xalqına səmimi təbriklərini çatdırıb, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan xalqlarımız arasında sarsılmaz dostluq münasibətlərini və qarşılıqlı dəstəyi yüksək qiymətləndirdiyini dilə gətirib.16522014435078636564 1000x669

     Moldovanın Millətlərarası Əlaqələr Agentliyinin rəhbəri V. Petuhov çıxış edərək, Azərbaycanın rifahı və inkişafı yolunda misilsiz xidmətləri olan Ulu Öndərin görkəmli siyasi xadim, qayğıkeş ailə başçısı, uşaqlara, gənclərə, ahıllara, eləcə də cəmiyyətin bütün üzvlərinə diqqətlə yanaşan Dahi Tarixi Şəxsiyyət olduğunu vurğulayıb. Çoxsaylı azərbaycanlıların Ümummilli Liderin anadan olmasının 99-cu ildönümünü qeyd etmək üçün səfirliyə toplaşmasının təqdirəlayiq sayıb və Moldovada yaşayan digər icma nümayəndələri üçün də, bunun örnək olduğunu bildirib.16521949873032030687 1000x669

     MAK-ın sədri Elçin Bayramov isə öz çıxışında qeyd edib ki, bugünkü qüdrətli və nüfuzlu Azərbaycan Respublikasının memarı Ümummilli Lider Heydər Əliyevdir. O, bildirib ki, Ulu Öndərin əziz xatirəsinə ehtiram olaraq, dünya azərbaycanlıları, habelə Moldovada yaşayan soydaşlarımız Azərbaycanın yüksək səviyyədə tərənnüm edilməsi, sosial-iqtisadi sahədə inkişafının genişləndirilməsi istiqamətində çalışmalı, səylərini və əllərindən gələni əsirgəməməlidirlər. E. Bayramov çıxışının sonunda, xalqımızın Ümummilli Liderinin xatirəsini daim uca tutduğunu, Müdrik Rəhbərin ruhunu hər zaman ehtiramla andığını da bildirib.1652194987321034066 1000x669

     Yüksək maraq doğuran bu çıxışlardan sonra, tribuna önünə Moldovada yaşayan azərbaycanlı fəallar Maarif Rəhimov, Yasin Seyidov, Ramil Məmmədov və digərləri qalxıblar. Onlar da öz çıxışlarında, Dahi Liderin həyat və fəaliyyətindəki maraqlı və yaddaqalan epizodlardan danışıb, bu Əvəzolunmaz Müdrik Rəhbərə həsr edilən şer nümunələri səsləndiriblər. Bu maraqlı tədbirlər Məlumatın sonunda o da bildirilir ki, Moldovanın nüfuzlu media vasitələri də, olduqca maraqlı keçən bu tədbiri və sərgini, rumın və rus dillərində geniş işıqlandırıblar.

Rəşad CƏFƏRLİ,

araz.az xəbər portalının xüsusi müxbiri.

araz.az xəbər portalı.