photo_283835.jpg

Türkiyədə dolların durmadan yüksəlməsi və lirənin dəyərdən düşməsi qardaş ölkədə ciddi narahatlığa səbəb olub.

Türkiyə mediası dolların yüksəlişinin 24 iyun seçkilərinə qarşı hazırlanmış oyun olduğunu yazır.

“Haber7” portalında yayımlanan məqalədə bildirilir ki, Türkiyə iqtisadi zərbə ilə üz-üzə qalıb.
“Heç bir iqtisadi problemin olmamasına rəğmən, dollarla bağlı baş verənlər Türkiyəyə qarşı həyata keçirilən maliyyə hücumudur. FETÖ-nün rəhbərləri və onların daxildəki ortaqları 24 iyun seçkiləri öncəsi Türkiyəyə qarşı iqtisadi hücuma keçib”, – deyə məqalədə bildirilir.
Portal qeyd edir ki, Türkiyəyə qarşı iqtisadi hücumun arxasında FETÖ ilə masonlar dayanır: “Türkiyənin Beynəlxalq Valyuta Fonduna borcunu ödəyəndən sonra ölkəmizi diz çökdürmək istəyirlər”.
“Akşam” qəzeti isə hədəfdə Ərdoğanın olduğunu yazır.
“Pulun gücü ilə millətimizi təhdid edir, “Ərdoğanı bizə təslim edəcəksiniz”, – deyirlər. Hədəfdə Ərdoğan və onun timsalında Yeni Türkiyə var”, – deyə vurğulanır. /ednews.net/az

araz.az xəbər portalı.