166603.jpg

“Rüstəm İbrahimbəyov heç vaxt milli adam olmayıb. Bir vaxtlar bunu söyləyənlər qınanırdı. Budur, bu adam “erməni sifətini” ortaya qoydu.”

Bunu Moderator.az -a Türkiyənin Ərciyəs Universiteti Ermənişünaslıq bölümünün başqanı, ermənişünas alim, professor Qafar Çaxmaqlı kinorejissor Rüstəm İbrahimbəyovun ssenari müəllifliyilə çəkilmiş “Qafqaz üçlüyü” filmi ilə bağlı fikirlərini bildirərkən deyib.

O bildirib ki, Rüstəm İbrahimbəyov heç vaxt Azərbaycan üçün çalışmayıb:

“O heç vaxt Azərbaycan üçün çalışmayıb, özünə işləyib. Çox maraqlıdır ki, yaşının bu çağında yön dəyişdirərək Ermənistana işləməyə başlayıb. Onun bir vaxtlar çəkdiyi filmlərin də əslində Azərbaycana heç bir aidiyyatı olmayıb. Ən uzağı o “bakinets” olmuşdur və bunun isə Azərbaycan milli mentalitetinə yad ünsürlərdən ibarət bir topluluq olduğu aşkardır.

“Qafqaz üçlüyü” adlı film çəkməsi də onun uğursuz cəhdidir. Mənasız bir ssenari təqdim olunur. “Mimino” adlı filmdən sonra guya bu mövzuya girişən bu adamın nə qədər savadsız olduğu və Qafqazda yaşayan xalqların psixologiyasından bixəbər olduğu ortaya çıxmışdır. Ermənilər son illərdə öz məkrliniyyətlərini həyata keçirmək üçün özlərindən olmayan, başqa millət təmsilçilərinə film çəkdirirlər. Bunların bir örnəyi Fatih Akın adlı birisinin “Kəsik” filmi oldu, bundan sonra dünyaya car çəkdilər ki, baxın bizə qarşı edilən soyqırımı özləri əməlləri ilə etiraf edirlər. Türk Fatih Akının pulla alınan xəyanətindən sonra keçdilər Azərbaycana.

Bu adam görün nə qədər ləyaqətsizdir ki, öz xalqını erməninin ayağına verir. Nəyin qarşılığında . Əlbəttə mənsəb, pul və digər mənəviyyatsızlar qarşılığında. Onu ötən illərdə də bir eski parçası kimi istifadə edib atdılar. İndi də bu başqa bir formada təkrar edildi. Bu da deyəsən Nobel eşqinə düşüb Orhan Pamuk kimi… Mən anlamıram bu xaində bu qədər erməni sevgisi hardandır. Məgər o yaşanan faciələri görmür? Məncə bunların fərqində deyil, onu öz istəkləri maraqlandırır, bir də ermənilərin maraqları…”

araz.az xəbər portalı.