Moderator.az xarici mətbuata istinad edərək xəbər verir ki, Çindən olan mütəxəssislər eksperiment zamanı kömürdə hazırlanan ət yeməyinin təhlükəli olmasını müəyyənləşdiriblər.
Alimlər sübut ediblər ki, kömür yanma zamanı sağlamlıq üçün təhlükəli politsiklik aromatik karbohidrogenlər əmələ gəlir. Onlar gendə mutasiya doğura bilən ağciyər xərçəngi, dəri və sidik kisəsinin xərçəngini yaradır.
Tədqiqatın gedişində könüllülər xahiş ediblər ki, manqallardan müxtəlif məsafələrdə dayanmaqla kömürdə ət bişirsinlər. Gözlənilən baş verib, ən çox kanserogenlər ət ilə orqanizmə daxil olub, lakin bir qanunauyğunluq da müəyyən edilib: politsiklik aromatik karbohidrogenlərin dəriyə təsir effekti ağ ciyərinkindən daha böyük və təhlükəli olub.
Nəticədə alimlər o qənaətə gəliblər ki, hətta manqalın yanında olmaq dəridə onkoloji xəstəliklərin inkişafına səbəb ola bilər. Həkimlər məsləhət görür ki, özünü uzun qolları olan qalın paltar geyinib qorumaq olar, lakin bu qısamüddətli effekt verəcək.
araz.az xəbər portalı.