Uzun müddətdir “Apple” şirkəti sürücüsüz avtomobillərlə bağlı yenilik etməyə çalışır.
Araz.az xəbər verir ki, nəhayət ki, şirkət “Wolkswagen”lə razılığa gələ bilib. Son illər “Apple” şirkəti məhz bu layihə ilə bağlı nizamlı olaraq layihələr hazırlayır. Adıçəkilən proyektin ərsəyə gəlməsi üçün şirkət otaq ola biləcək avtomobl firması axtarışında idi. Onu da “Wolkswagen”lə tamamladı. Artıq yaradılacaq yeni modelin adı və xarakteristikaları da bəllidir. “Wolkswagen T16″lər sürücüsüz nəqliyyat vasittələrinə-avtobuslara çevriləcək.
“Apple”şirkətinin bu layihədə ən böyük marağı avtobusların öz şirkət şəhərciyi daxilində işçilərin transferi üçün istifadə edilməsidir.
Əslində şirkət məsələ ilə bağlı Titan Proyekti (Project Titan) ilə artıq bu arzulrına bir addım daha yaxınlaşdıqlarının mesajını vermişdi. Hətta “Apple” keçən il “sürücüsüz nəqliyyat texnologiyası” test- yoxlama mərhələsinin Kaliforniya əyalətində keçirilməsi üçün icazə də almışdı. Titan Proyekti (Project Titan)adı ilə tanınan sürücüsüz avtomobil texnologiyası Kaliforniya Motorlu Nəqliyyat Vasitələri İdarəsindən (DMV) alınan icazə ilə də test- yoxlama mərhələsinə başlamışdı. /A24.Az/
araz.az xəbər portalı.