“Paşinyanın Ermənistan Silahlı Qüvvələrinin rəisi vəzifəsinə Artak Davtyanı təyin etməsi uğursuz və qəribədir”.
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə erməni hərbi jurnalist, “Hetq” internet nəşrinin baş redaktoru Edik Baqdasaryan bildirib.
“Baş Qərargah rəisi vəzifəsinə ən yaxşı namizəd hazıra Baş Qərargahın rəisi müavini icra edən Onik Qasparyan idi”, – deyə Baqdasaryan vurğulayıb.
Jurnalist həmçinin Paşinyanın niyə məhz Davtyanı Baş Qərargah rəisi təyin etdiyini anlamadığını bildirib.
“Paşinyanın seçiminin niyə məhz Artak Davtyanın üzərində dayandığına təəccüblənirəm. Davtyanın Müdafiə Nazrliyinin 5-cü ordu korpusunun komandanı kimi xidməti böyük bir uğursuzluqdur. Hətta daha öncə onun korpus komandanı vəzifəsinə təyin edilməsi də anlaşılmazlıq yaradır”, – deyə Baqdasaryan açıqlayıb.
O qeyd edib ki, Ermənistan ordusunun 5-ci korpusunun cavabdehliyi zonasında yerləşən Naxçıvanla sərhəddə baş verənlər də Davtyanın uğursuz fəaliyyətinin nəticəsidir və məhz bunun sayəsində Azərbaycan ordusu öz mövqelərini irəli çəkə və böyük əraziləri nəzarət altına ala bildi.
Ağalar Qəribov
Ordu.az
araz.az xəbər portalı.