1527319301_1.jpg

Azərbaycan Uşaqlar Bİrliyinin sədri Kəmalə Ağazadənin evinə başı kəsilib, iç-çalatı çıxarılan ilan atılıb.

Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sabiq əməkdaşı Vasif Akifli məlumat verib. O, bu dəhşətli cinayətin Kəmalə Ağazadəni 7800 manatlıq dələduzluqda ittiham edən şəxslər tərəfindən edildiyini hesab edir:

“Günlərdir media və sosial şəbəkələr Kəmalə Ağazadədən yazır. Rüşvətxordur, dələduzdur, uşaqlara qarşı zorakıdır, müxtəlif insanlara ayrı-ayrı zamanlarda fiziki, psixoloji, maddi ziyan vurub və s. Anlamadığım bir məqam var. İddiaçı Həcər Kəngərli tələbini kənara qoyub məhkəmə zalında dindirilən şahidləri mənlə hədələyir ki, “Dayansın Vasif. Hələ onunlada varam” deyir. Xeyli vaxtdır ki, işlərimlə bağlı Bakıda yox idim. İndi bunu eşidib gəlmişəm, Bakıdayam… Baş tutacaq məhkəmədə şahid qismində dindirilməyimi xahiş etmişəm. Görək bu iddialı xanımın “ər” davası “pul”a,”pul”davası “abort”a “abort” davası mənə necə keçdi? Mən harda və necə dayanmalı idim ki, Həcər xanıma xoş gəsin. Ədalət yerini tapacaq. Amma bir neçə gün bundan qabaq Kəmalə xanım yaşayan mənzilin pəncərəsindən evə ölmüş koramal atılması vəziyyətin əslində gərginliyini göstərir. Kəmalə xanım ailəsi və anası bunu bilib qorxmaması üçün məsələni gizlətsə də mən susmayacam”.

Vasif Akifli qeyd edib ki, növbəti məhkəmə prosesində Kəmalə Ağazadəyə qarşı iddia qaldıran Həcər Kəngərlinin hansı səbəbə görə işdən azad edildiyini açıqlayacaq: “Susmuşdum, dedim ki, mənə görə dəyərli olan Kəmalə xanımın ailə daxili məsələsidir. Amma məncə bura qədər bəsdir”.

Qeyd edək ki, “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə dələduzluqda və rüşvət almaqda ittiham olunur. Birlik sədri Cinayət Məcəlləsinin 308.1 178.3.2 (dələduzluq külli miqdarda törədildikdə) maddələri ilə ittiham edilir.

araz.az xəbər portalı.