fettah-heyderov.jpg

Rüstəm İbrahimbəyov cılız məqsədlərini həyata keçirə bilmək üçün xalqını aşağılayır. Onun ssenari müəllifi olduğu “Qafqaz üçlüyü” filmində bu, aydın şəkildə özünü göstərir.

NUHÇIXAN xəbər verir ki, bu fikri jurnalistlərə açıqlamasında Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov bildirib.

Fəttah Heydərov qeyd edib ki, kiminsə mənsub olduğu xalqla bağlı iftiralar yayması, bu məqsədlə də yaradıcılığından istifadə etməsi yolverilməzdir. Torpaqlarının 20 faizi işğal altında olan, həmin ərazilərdə bütün milli-mədəni irsi dağıdılmış, on minlərlə azərbaycanlının həlak olduğu, uşaqlarının, qadınlarının, qocalarının qəddarcasına qətlə yetirildiyi bir xalqın nümayəndəsinin bu əməli milli xəyanətin, insan mənəviyyatının deqradasiyası və alçalmasının, öz milli köklərinə, xalqına nifrətin bariz nümunəsidir. R.İbrahimbəyova və onun kimilərə ancaq satqın, xəyanətkar, nankor demək olar. Xalqımız onun bu xəyanətkar əməlini kəskin şəkildə pisləyir. Ona qarşı cəza tədbirləri həyata keçirilməli, bütün titullarından məhrum olunmalıdır. Xalqına nifrət edən biri xalqın fəxri adını daşıya bilməz.

 

araz.az xəbər portalı.