BİRxeber.az / “Reuters” agnetliyi ABŞ-a məxsus iki hərbi gəminin Cənubi Çin dənizində görüldüyü haqda xəbər yayıb.
“Higgins” və “Antietam” esminesləri Çin hökumətinin razılığı olmadan Parasel adalarına yaxınlaşıb.
Məsələ ilə bağlı Çin Müdafiə Nazirliyi açıqlama yayıb. Açıqlamada qeyd edilib ki, ABŞ-ı Çinin suverenliyini və beynəlxalq hüququ kobud şəkildə pozub:
“ABŞ gəmisi Çinin qanunlarını, beynəlxalq hüququn müvafiq normalarını, ölkənin suverenliyini kobud şəkildə pozub, qeyd olunan sularda sülhə və sabitliyə təhlükə yaradıb. Bizim hərbi və təyyarələrimiz ABŞ gəmilərinə bölgəni tərk etmək üçün xəbərdarlıq edib”.
Qeyd edək ki, Cənubi Çin dənizindəki bir sıra adalara Çin, Filippin, Malayziya, Bruney və Vyetnam iddia edir. ABŞ rəsmi Pekini Cənub Çin dənizində süni adalar yaradaraq orada hərbi obyektlər inşa etməkdə ittiham edir.
araz.az xəbər portalı.