cumhuriyyet100-.jpg

Halallığını 100 il bundan öncə Ulu Tanrı icazəsiylə  rəsmıləşdirdiyin Böyük Müstəqillik Bayramın Mübarək, Böyük Xalqım! Bu, sonsuz fəxrlə söylənəsi bir haldır ki, azadlıq yanğısıyla qazandığın bu müstəqillik Sənə çox baha başa gəlsə də,  müqəddəs əməllərindən güc alan əzmkarlığınla buna qadir olduğunu bir daha dünyaya nümayiş etdirə bildin. Azərbaycan Xalq Cümhuriyyəti adının sönməz nurunda, məruz qaldığın olmazın məşəqqət və təcavüzləri   alt-üst etməklə, qarşına qoyduğun məqsədlərə, zaman-zaman, pillə-pillə də olsa, müvəffəq ola bildin. Tam süquta uğramaq anlamını  xarakter və məsləkinə yad etməklə, şüurlarda bərqərar etdiyin şirin azadlıq, müstəqillik ideyalarını böyüklü-kiçikli heç birimizə unutdurmadın. Qan-qadalı, ağrı-acıli otən dövrlər ərzində milli dövlətçilik atributlarımızı qoruyub saxlamaqla, onları hafizələrimizdə  müqəddəsləşdirdin!  Ələlxüsus, tarixi-mədəni  yaddaşımızı özümüzə qaytarmaqla, milli mənlik şüurumuzu inkişaf etdirməklə, azərbaycançılıq  məfkurəsi işığında müstəqillik arzularımızı daha da gücləndirib, yenidən həqiqətə çevirdin!

1991-ci ildəki qəlb coşduran o məlum  hadisələr yuxarıda sadaladıqlarımızın bariz nümunəsinə çevrildi. Müstəqilliyinin bərpasına nail olarkən, müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını bir daha  göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla, onun müqəddəs Üçrəngli Bayrağını, Gerbini, Himnini qəbul edib, bağrına sıxdı.           

Böyük Xalqim, Cümhuriyyətinin  istiqlalını dünyaya yaydığın 28 May gününü həmin vaxtdan Respublika Günü olaraq təntənə ilə qeyd etməyə başladın. Bu uğurlu möhtəşəm tarixin düşərliliyi Sənin üçün əbədi olsun! Yasa, Min Yasa – Qanlar, Canlar Hesabına Qazandığın Müstəqilliyin Halalındır!  Səmimi duyğularla, “Araz” Media Qrupunun və araz.az xəbər portalının kollektivi.

[bt_youtube url=”https://youtu.be/XkJURy6XJ_M” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

 

araz.az xəbər portalı.