Yenidənqurmanın təzə başladıdığı illər idi.Sovet İttifaqı yavaş-yavaş dağılmağa doğru gedirdi. Müəyyən insanlar- Hacı Zeynalabddin Tağıyev ,Şixəli Qurbanov kimi ictimai xadim və mesenatlar haqqında yazmağa qoyulan qadağa yavaş- yavaş aradan qaldırılırdı.Onda mən redaksiyadan tapşırıq aldım ki, Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanımdan müsahibə götürüm.
Uzun axtarışdan sonra öyrəndim ki, Sara xanım Statistika Komitəsinin arxasında yerləşən beş mərtəbəli Xruşovka binasının birinci mərtəbəsində yaşayı.Getdim. Nə qədər qapını döydüm açmadı,amma içəridən televizorun səsi gəlirdi.Qorbaçovun yadımda deyil,hansısa qurultayda çıxışı idi,yenidənqurmadan danışırdı.Qapının yarığı var idi, açmaq olmurdu amma görsənirdi ki,qadın oturub qulağında eşitmə cihazı ( Sara xanımın onda artıq 90-a yaxın yaşı var idi) və Qorbaçova diqqətlə qulas asırdı.
Birinci növbədə məni təəccübləndirən məqam,o qadının məhz o yaşda siyasətlə maraqlanmağı idi.İçimdə qəribə bir maraq yarandı ki,müsahibə almamış ordan getməyim.Yenə nə qədər qapını döydüm açmadı.Bu dəmdə gördüm ki, yuxarıdan bir qadın düşür əlində qazan.Sir-sifətindən hiss etdim ki,bu qadın ermənidi.Məndən soruşdu ki, sizə Sara xanım lazımdı.Mən də cavab verdim ki, bəs jurnalistəm gəlmişəm ondan müsahibə almağa.Dedi o açmayacaq,zəif eşidir özü də indi televizora baxırsa heç eşitməyəcək.Mən də soruşdum ki, bəs siz kimsiniz.Dedi qonşuyam,tez-tez Sara xanımgilə gəlirəm evdə qalan artıq yeməyi gətirib verirəm ona.Əlindəki borş qazanı qoydu qapının ağzına,dedi ki, əvvəl -axır qapını açacaq burdan bu qazanı götürəcək.
Çox sarsılmışdım həmin o mənzərədən.Sonra keçdim pəncərənin qabağına,ayağımın altına daş qoydum,çıxdım pəncərədən o qədər tamaşa etdim o qadına və o qadına baxa-baxa ağlayırdım.Mənə çox təsir etmişdi ki,bir atanın sevimli balası o boyda imkanı olsun,onlarla,yüzlərlə insana əl tutsun,mesenatlıq elesin,qızlar oxutsun və o cür insanın balası hansı şəraitdə yaşayır və ona gör kim öz yeməyinin artığını gətirir.Nə isə pəncərədən də nə qədər çağırdım eşitmədi.Hardasa iki saat o evin ətrafında fırladındım sonra çıxdım getdim.Düzdü mən o yazını yazdım,amma müsahibə təbii ki, olmadı.Sadəcə pəncərədən bir baxış oldu,bir xeyirxah insanın övladının bu cür vəziyyətə düşməyi,o şəraitdə yaşamağı mənim ömür boyu yaddaşımdan silinmədi… olaylar.az
Bir jurnalistin xatirələrindən
araz.az xəbər portalı.