2016-06-21-14-25-35qirici-teyyereler.jpg

Livanda Rusiya qırıcıları İsrail qırıcılarının qarşısını kəsib.

“Milliyet” xəbər verir ki, Rusiya döyüş təyyarələri Livanın hava sahəsində İsrailə aid 2 “F-16” qırıcısının qarşısını kəsib.

İsrailin “Times of Israel” saytında yer alan xəbərə görə, iki ölkə arasında koordinasiya bu səhər pozulub. İsrailin ən böyük televiziya kanallarından olan “Hadashot” da xəbəri təsdiqləyib.

“Al Masdar” internet saytı isə rus qırıcılarının aylardan sonra ilk dəfə Livanın hava sahəsinə daxil olduğunu bildirib. Ancaq İsrail və Rusiyadan hələ məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.

Məlumatda o da deyilir ki, İsrail qırıcıları tez-tez Livan hava sahəsinə girərək kəşfiyyat aparır. İsrail Suriyaya hücumlarının çoxunu da buradan həyata keçirib.

Xatırladaq ki, Rusiyanın bölgədəki hərbi güclərini artırdığı 2015-ci ildə Təl-Əviv və Moskva arasında mümkün qarşıdurmanın qarşısını almaq üçün dialoq mexanizmi yaradılmışdı. Ancaq hərbi mənbələr nə İsrailin, nə də Rusiyanın Suriyadakı hücumlarından əvvəl bir-birinə xəbər verdiyini deyirlər/Sputnik.

araz.az xəbər portalı.