Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyulun 1-də “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” qızıl nişanı ilə təltif haqqında Sərəncam imzalayıb.
araz.az-ın məlumatına görə, Sərəncamda deyilir:
“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Ordu quruculuğu sahəsində xüsusi xidmətlərinə görə Kərəm Nəriman oğlu Mustafayev “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” qızıl nişanı ilə təltif edilsin”.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin General-polkovniki Kərəm Mustafayev Müdafiə Nazirinin Müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanıdır.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.