Almaniyanın Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsinin (BAMF) məlumatına görə 2018-ci ilin yanvar ayının 1-dən aprel ayının 30-na kimi olan müddətdə müxtəlif vaxtlarda Azərbaycan Respublikasının vətəndaşı kimi qaçqın statusu almaq üçün müraciət edən 1564 nəfərin müraciətinə baxılaraq müvafiq qərar qəbul edilib.
Bu barədə AzEuroNews.com-a “Legat” inteqrasiya mərkəzindən məlumat daxil olub. Məlumatda deyilir ki, onlardan 857 nəfərin müraciətinə rədd cavabı verilib. 121 nəfər haqqında müsbət qərar qəbul edilib. Onlardan 7 nəfərinə 16-cı paraqrafa əsasən ailə birləşməsi ilə yaşamaq üşçün icazə verilib, 61 nəfərin sığınacaq hüququ tanınıb, 17 nəfərin 41-ci paraqrafa əsasən köməkci müdafiə hüququ tanınıb, 36 nəfərə dözümlü yanaşılıb və ölkədən çıxarılması mümkünsüz hesab edilib. 586 nəfər haqqında isə digər prosedurlara uyğun qərar qəbul edilib. Bunlar da əsasən Dublin sazişinə uyğun qəbul edilən qərarlarlar olublar.
araz.az xəbər portalı.