Ötən gün Bakı şəhərinin Nəsimi rayonu, Səməd Vurğun küçəsi 79 D ünvanında yerləşən “Bolmart” supermarketində kütləvi zəhərlənmə baş verib. Bu barədə TƏBİB məlumat yayıb.
araz.az 32gun.az-a istinadən xəbər verir ki, “Bolmart” mağazası “Promart” MMC-yə məxsusdur.
Həm “Bolmart” mağazalar şəbəkəsinin, həm də “Promart” MMC-nin qanuni təmsilçisi Ramil Məmmədov Əşrəf oğludur.
Məlumat üçün bildirək ki, “Bolmart” mağazalar şəbəkəsinin nizamnamə kapitalı 100.00 AZN, “Promart” MMC-nin nizamnamə kapitalı isə 11483000 AZN-dir.
Xatırladaq ki, mart ayında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Promart” MMC (“Bolmart” mağazalar şəbəkəsinin sahibi) barədə iş qaldırmışdı.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.