rus army

Erməni ekspertlər Paşiynı Qarabağı Azərbaycana qaytarmaq prosesindən yararlanmağa çağırırlar

Ermənistan Milli Təhlükəsizlik Xidməti Sərhəd Qoşunlarına yeni işçilərin yığılması ilə bağlı elan verib və bu, yerli ekspertlər tərəfindən Rusiya ordusunun çıxarılması kimi dəyərləndirilib.

Araz.az-ın İstiPress-ə istinadən məlumatına görə, bu məsələyə məqalə həsr etmiş erməni şərhçi Naira Ayrumyan xəbəri Paşinyanın Rusiya ordusunu ölkə ərazisindən çıxarmaq cəhdi kimi dəyərləndirib.

“Lragir”də məsələyə məqalə həsr etmiş Ayrumyan qeyd edib ki, Ermənistanın Sərhəd Qoşunları hazırda yox vəziyyətindədir. Çünki Azərbaycanla sərhəd isə Ermənistan Müdafiə Nazirliyinin sərəncamındadır. İran və Türkiyə sərhədini Rusiya qoşunları qoruyur.

Həmin qoşunlar Gümrüdəki 102-ci hərbi bazada və Erebuni hava limanında yerləşirlər. Hərbi bazanın sərəncamında tanklar, zirehli texnika, hərbi təyyarələr, helikopterlər və 5 min hərbçi var. Ermənilər bu barədə sussalar da, Gürcüstan NATO-ya girməyə namizəd olandan sonra onun da sərhədləri demək olar ki, rus hərçilərinin nəzarətindədir.

Lakin Naira Ayrumyan qeyd edir ki, bağlanmış müqaviləyə görə, Rusiya sərhədçilərinin Erməinstana göstərdiyi atalıq qayğısı müvvəqqətidir və nə vaxtsa sona çatmalıdır: “Rusiya ilə müqavilədə qeyd edilir ki, Rusiya sərhədçiləri Ermənistanın Sərhəd Qoşunları yaranana kimi Ermənistana yardım edəcəklər”.

Buna görə, Naira Ayrumyan ehtimal edir ki, artıq həmin gün çatıb və Ermənistan özünü Sərhəd Qoşunları yaratmağa qadir ölkə kimi hiss edir. Buna görə də erməni şərhçi Rusiya ordusunun Ermənistandan çıxarılması üçün müəyyən bir yol xəritəsi də irəli sürür:

“Bunu ilk növbədə Zvartnos hava limanında gerçəkləşdirmək lazımdır, orada Ermənistanın sərhəd nəzarəti məntəqəsində Rusiya əsgərləri dayanır. Bu, nonsensdir və çox illərdir ki, həll edilməyib. Ermənistanın yeni hökuməti bəyan edib ki, suverenliyin keşiyində durub. Sərhədlərə nəzarət Ermənistanın suverenliyinin bərpası üzrə ilk addım olmalıdır”.

Bu, təbii ki, Azərbaycanda – Qarabağda doğulmuş və Azərbaycan dilini yaxşı bilən, buna görə də yaşadığ Ermənistanın yarım müstəmləkə vəziyyətini Azərbaycanın tam müstəqil durumu ilə müqayisə edə bilən bir şərhçinin arzularıdır. Amma nə bilmək olar, bu, Paşinyan hakimiyyətinin öz palanları barədə xalqa çatdırmaq istədiyi anons sifarişi də ola bilər. Hər halda, Paşinyan Putinə nə qədər “dayı” deməyə başlasa da, aparıcı nöqtələrə Putini söyən antirusları yerləşdirir.

Mümkündür ki, Ermənistanı 1922-ci il SSRİ-sinə bənzər Avrasiya İttifaqı utancından xilas etmək üçün Paşinyan hər şeyə gedə bilər – Rusiya hərbi bazasını çıxara da bilər, Dağlıq Qarabağa Azərbaycanın beynəlxalq aləmdə tanınan hüququ ilə də razılaşa bilər. Düzdür, ermənilərin indiki nəsilləri onu anlamasalar da, gələcək nəsillər bu cür uzaqgörən addımlarına görə onun adını erməni tarixinə qızıl hərflərlə yaza bilərlər. Hər halda, Qarabağdan olan analitik belə, onu bu qəhrəmanlığı etməyə həvəsləndirir, qalanı Paşinyanın öhdəsindədir.

Naira Ayrumyan yəqin ki, Azərbaycanın tarixini də, Qarabağın tarixini də yaxşı bilir və gözəl anlayır ki, zor-xoş Azərbaycan tezliklə həmin ərazilərdə öz suverenliyini bərpa edəcəklər. Hər halda, 1822-ci ildə ruslar Qarabağ xanlığını ləğv etdikdən sonra bütün rəhbər vəzifələrə erməniləri gətirdilər və onlar rahatlıqla regionu ələ keçirdiklərini düşündülər. Lakin 98 il sonra Azərbaycanın qəhrəman oğlu general Həbib bəy Səlimov Əsgərən müharibəsində Ermənistan ordusuna böyük qələbə çalaraq regionu yenidən Azərbaycanın bayrağı altına qaytardı. Azərbaycanı yaxından tanıyan ermənilər həmin günün uzaq olmadığını anlayırlar. Buna görə Paşinyana onsuz da baş verəcək bu prosesdən faydalanmağı məsləhət görürlər.

araz.az xəbər portalı.