Amazon Kindle Kaliforniyanın mərkəzi Sakramentoda avtomobil həvəskarlarının və sürücülərin həyatını optimallaşdırmağa, şirkətləri daha çox müştəri cəlb etməyə və digər sürücülərə dəstək göstərməyə kömək edən rəqəmsal nömrə nişanlarının pilot proqramının sınağına başlayıb.
Cihaz sensor funksiyası olmayan böyükölçülü tabletə bənzəyir. Onun özünün batareyası, kompüter çipi var və standart Kaliforniya nömrə nişanından seçilmir.
Avtomobilin ön hissəsində və mərkəzdə görünən nömrədə maşının qeydiyyatının bitmə tarixi, Kaliforniyanın kodu, nəqliyyat vasitələri departamentinin veb saytına keçid haqqında məlumatlar əks olunur. İstifadəçilər yazının şriftini və ya fonun rəngini dəyişdirə, qeydiyyat nömrəsinin altında qısa mesajlar yaza bilərlər. Əgər avtomobil park edilibsə qeydiyyat nömrəsinin nişanını bir küncünə çəkərək reklama bənzəyən geniş mesaj təqdim edə bilərlər.
Həmçinin bildirilir ki, rəqəmsal nişan sürücülərə qeydiyyat nömrələrini yeniləmək imkanı verir. Yeni nişanlar polis əməkdaşları oğurlanmış avtomobilin asanlıqla izinə düşməsinə də kömək edə bilər.
Yeni rəqəmsal nömrə nişanlarının qiyməti isə heç də ucuz deyil. Qurğunu dizayn və istehsal edən Revision Auto Kaliforniya şirkəti, cihaz üçün 699 dollar müəyyən edib. Bu rəqəmə quraşdırma dəyəri və aylıq 7 dollar ödəniş daxil deyil. Sürücülər yeni nişanı nəqliyyat vasitələri departamentindən deyil, rəsmi dilerlərdən almalıdır.
Bu günə qədər 11 avtosalon yeni rəqəmsal npmrənin satışını həyata keçirmək üçün qeydiyyatdan keçib.
Yeni texnologiyanın bahalı olduğunu etiraf edən təsisçilər onun müəyyən istifadəçilər üçün mənalı investisiya olduğunu da iddia edir. Bildirilir ki, yeni texnologiya sahib olduğu nəqliyyat vasitələri parkını rahat idarə etmək istəyən şirkətlər və dövlət qurumları üçün cəlbedici olacaq. Eyni zamanda, nömrə nişanından özünün mini billboardu kimi istifadə etmək istəyən müəssisələr üçün də rəqəmsal nömrə nişanı maraqlı ola bilər.
Ayla
araz.az xəbər portalı.