photo_286527.jpg

Ermənistanda Qarabağ müharibəsində azərbaycanlılara qarşı soyqırımı törətməsi ilə məşhur olan general Manvel Qriqoryan Paşinyanı devirmək üçün hərəkətə keçib.

Manvel Qriqoryanın göstərişi ilə Eçmiədzində küçələrə şlaqbaumlar quraşdırılıb.

Eçmiəzdin şəhərinin meri onun oğlu Karen Qriqoryandır. Hazırda Nikol Paşinyanın göstərişi ilə Serj Sarkisyan dövründən qalmış şəhər merlərinin çıxarılması, yaxud həbs edilməsi prosesinə start verilib. Qriqoryanlar da belə bir təhlükə olarsa, müqavimət göstərmək üçün əvvəlcədən Eçmiəzdində barrikadalar qururlar.

Məlumata görə, şəhərdə insanlar təqib edilir, avtomobillərin təkərləri deşilir, vətəndaşlar döyülür.

Şəhər sakinləri şlaqbaumların qurulmasını Manvel Qriqoryanın növbəti təxribatı kimi dəyərləndirirlər. Sakinlər şəhərdə döyüşə hazırlıq atmosferinin yarandığı haqda danışırlar.

Qeyd edək ki, Manvel Qriqoryan Qarabağ müharibəsində azərbaycanlılara qarşı qəddarlıqları ilə yadda qalıb. O, sonrakı dövrdə bu qəddarlığının “çörəyini yeyib”. Qriqoryan haqqında yayılan məlumatlara görə, o, müharibə zamanı erməni hərbi birləşmələri tərəfindən əsir götürülən azərbaycanlılardan birini öz evində 4 il müddətində qul kimi işlədib.(publika.az)

araz.az xəbər portalı.