1527834477_hazir-750x370.jpg

Dəyərli oxucularımız yəqin ki, Saleh Məmmədovun rəhbərlik etdiyi qurum tərəfindən yol təmiri adıyla Mikayıl Müşfiqin abidəsinin dağıdılması epizodunu yaxşı xatırlayırlar. O zaman dövlət başçısının müdaxiləsi olmasaydı, görkəmli şairin abidəsi məhv ediləcəkdi. 29 yaşında dünyasını dəyişən və 15-20 dəqiqə çəkən məhkəmənin hökmü ilə ölümə məhkum edilən Müşfiqin ruhu yenidən Saleh Məmmədovun qəzəbinə tuş gəlib. 30-cu illərin sonlarında Mikayıl Müşfiqə qarşı yönələn hücumlar müasir zəmanəmizdə naşı məmurların savadsızlığı və məsuliyyətsizliyi ucbatından fərqli formada davam edir. Müşfiqin heykəlinin dağıdılmasından sonra Saleh Məmmədov güclü ictimai qınaqla rastlaşdı və insanların qəzəbinə tuş gəldi. Bu məsələdə heç bir günahı olmayan bir neçə işçisini güdaza verməklə canını qurtaran Saleh Məmmədov deyəsən Mikayıl Müşfiqdən qisas almağı qarşısına məqsəd qoyub. Qaradağ rayonunda Mikayıl Müşfiqin adını daşıyan böyük bir qəsəbə var. Xatırladaq ki, bu qəsəbə Bakı-Şamaxı magistral yolunun kənarında yerləşir. Həmin magistral yoldan Müşfiq qəsəbəsinə dönən hissədə quraşdırılmış yol nişanında Mikayıl Müşfiqin adı təhrif olunub, yəni Müşfiq adı Müşviq formasında qeyd edilib.

Saleh Məmmədov Mikayıl Müşfiqin ruhunu niyə rahat buraxmır? – “Qisas”, yoxsa məsuliyyətsizlik?

Təbii ki, Saleh Məmmədov başda olmaqla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin başbilənləri bu məsələdə birbaşa məsuliyyət daşıyırlar. Təsəvvür edin ki, həmin magistral yoldan demək olar ki, bütün dövlət məmurları istifadə edirlər. Amma heç kim bu biabırçılığı görməyib və yaxud görmək istəməyib. Ölkə başçısı Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi ilə bağlı bu günlərdə sərəncam imzalayıb. Belə çıxır ki, Saleh Məmmədovun başı daha vacib işlərə qarışıb. Ona görə də prezident İlham Əliyevin Mikayıl Müşfiqə verdiyi dəyəri və qiyməti hiss edə bilmir. Maraqlı orasıdır ki, bu yazı çapa hazırlanana qədər dəfələrlə yuxarıda adıçəkilən qurumun müxtəlif ranqlı məmurlarına bu barədə məlumat vermişdik. Lakin bu günə qədər dediklərimizi qulaqardına vurublar. Tək bizim dediklərimizi yox, həm də cənab prezidentin məlum sərəncamını.

Mikayıl Müşfiq bütün varlığı ilə fitri istedad sahibi, sözün əsl mənasında qəlbin, ruhun şairi idi. O, təsadüfi “şairlər”i heç vaxt qəbul etmirdi. Inanırıq ki, əgər o, dövrümüzdə yaşasaydı vaxtilə təsadüfi “şairlər”ə söylədiyi fikirləri, Saleh Məmmədovun timsalında təsadüfi “məmurlar”a da ünvanlayardı.

Şairə ilhamdan maya gərəkdir,
Anasız çoçuğa daya gərəkdir.
Şairəm söyləyir yerindən duran
Adamın üzündə haya gərəkdir.

Allah sənə rəhmət eləsin, şair! Doğrudan da indiki təsadüfi “məmurlar”ın üzlərində həyadan əsər-əlamət yoxdur. Düşünürük ki, müvafiq qurumlar bu xoşagəlməz mənzərənin aradan qaldırılması üçün lazımi addımlar atacaqlar. Saleh Məmmədov isə dövlət səviyyəsində anılan və dəyər verilən şairə qarşı “qisasçılıq” hissindən əl çəkəcəkdir. Yeri gəlmişkən, elə Mikayıl Müşfiqin sözləri ilə Azərbaycan tarixinə barmaqarası baxanlara, dahilərimizin ruhlarına hörmətsizlik edənlərə bu yoldan əl çəkmələrini məsləhət görərdik.

Ah, mən gündən-günə bu gözəlləşən
Asfalt dünyasından necə əl çəkim?
Bu yerlə çarpışan, göylə əlləşən,
Puldan, vəzifədən necə əl çəkim?

Ruhun şad olsun, Mikayıl Müşfiq!

Yazıda adı çəkilən tərəflərin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

Adekvat.az
Mehriban

araz.az xəbər portalı.