2020 10 19 11 29 52azeravtoyolArtıq yeni dərs ili başlayıb. Qaradağ rayon sakinləri də gündəlik qayğılardan yola çıxaraq öz problemlərinin həllinin axtarışındadırlar. 

araz.az  Millət.az-a istinadən bildirir ki, Ən vacib məqam isə qəsəbədaxili yolların bərbad vəziyyətdə olması və əhalinin yolsuzluq problemindən əziyyət çəkməsidir. Dəfələrlə müvafiq qurumlara müraciət edilsə də qəsəbədaxili yolların abadlaşdırılması və asfaltlaşdırılması məsələsi uzun illərdi ki, öz həllini tapmamaqdadır. Təəssüf ki, problemin həlli istiqamətində heç bir addım atılmayır. Sakinlərin müraciəti əsasında Lökbatan və Ələt qəsəbələrində qəsəbədaxili yolların əksəriyyətinin kanalizasiya xəttləri yoxdur və çınqıllı, torpaq yollarda yağışlar çuxurlar yaradır. Yük avtomobilləri də həmin yollardan çətinliklə keçdir. Bəzi küçələrdəki asflat örtüyünü isə yerli sakinlər tərəfindən yaxud da ayrı-ayrı imkanlı şəxslərin köməyi ilə çəkildiyini bildirdilər. Qəsəbədaxili yolların bərbad olması nəticəsində ictimai nəqliyyat da qəsəbədaxili yollarda çox əziyyət çəkir. Belə ki, 15-20 dəqiqəlik intervalda işləməli olan avtobuslar bəzən 40 dəqiqə gecikərək gəlir. Bu isə haqlı olaraq sakinlər arasında narazılığa səbəb olur. Hətta, taksilər də işləmək istəmirlər ki, yollar bərbad gündədir. Cənab Prezidentin tapşırığını bilərəkdən yarıtmaz şəkildə yerinə yetirirlər. Qəsəblərarası yollar əvvəllər pis gündə idi. Dövlət başçısının tapşırığından sonra və ətraf qəsəbələrin sosial-iqtisadi inkişaf konsepsiyasında yolların abadlaşdırılması və asfaltlanması öz əksini tapdığından bu sahədə Bakı və qəsəbələr arasında yolların asflatlanması üçün dövlət tərəfindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə milyonlarla vəsait ayrılmışdır və ayrılmaqda davam edir. Lakin Qaradağ rayonunun yaşayış ərazi vahidlərində daxili yolları bu diqqət və qayğıdan kənarda qalmışdır. Qəsəbədaxili yollara uzun illər idi ki, yerli icra hakimiyyəti baxırdı. 2019-cu ildən isə qəsəbədaxili yolların abadlaşdırılması və asfaltlaşdırılması dövlət başçısı tərəfindən bu sahə üzrə ixtisaslaşmış qurum olan Azəravtoyol ASC-yə həvalə edilmişdir.Cari ildən qəsəbədaxili yollar bu qurum tərəfindən təmir ediləcək. Qəsəbədaxili yolların çınqıllı, qumlu, torpaq əsaslı yoldan müasir, asflat örtüyü olan yollara çevrilməsi məsələsini inanırıq ki, bu qurum yerinə yetirə biləcək.

Cənab Prezident tərəfindən  Bakı şəhərinin qəsəbələrarası yollar ilə bərabər qəsəbələr və kənd daxili yolların da təmir işlərinin bu quruma devretməsi, eyni zamanda əhalinin də, ictimaiyyətin də bu qurumun diqqətində saxlanılmasına gətirib çıxarmışdır.

Verilən tapşırığa əsasən bu yollarda asfalt beton örtüyü ilə üzlənəcək. Bakı şəhəri ətrafındakı 60 qəsəbə və kənd sakinləri asfaltlanmanı səbirsizliklə gözləməkdədirlər. Azəravtoyoldan verilən məlumata görə 2023-cü ilə qədər bu problemlər öz həllini tapacaq. Bu barədə tədbirlər planı hazırlanmış və qurum tərəfindən icra olunmaqdadır. Bizdə olan məlumata görə Qaradağ rayonunun Lökbatan, Korgöz və Qobustan qəsəbələrində qəsəbədaxili bəzi küçələrdə müəyyən asflatlaşdırma işləri görülmüşdür. İnanırıq ki, Azəravtoyolun rəhbərliyi bu sahədə olan nöqsanları qısa müddətdə aradan qaldıraraq 2023-cü ilə kimi cənab Prezidentin tapşırıqlarını icra edəcəklər.

Bu sahədə Dövlət başçısı tərəfindən qarşıya qoyulan tapşırıqların icrası Azəravtoyol Dövlət Agentliyinin rəhbərliyi şəxsən cənab sədr Saleh Məmmədov üçün böyük məsuliyyət qoyur. Çünki yollara ayrılan milyard manatlarla pul elə yollar çəkilməmiş yeyildi və üstündən də su içildi.

Bakı-Quba beton yolu, Bakı-Şamaxı yolu, Bakı-Kürdəmir-Yevlax yoluna  milyard manatlar ayrılsa da, keçmiş Nəqliyyat Naziri Ziya Məmmədovun ətrafı tərəfindən bərbad idarəetməsi nəticəsində küllü miqdarda dövlət vəsaiti şəxsi çiblərə getdi.

Araşdırmamız nəticəsində ilginc faktlar qarşımıza çıxdı. Belə ki, keçmiş Azəravtoyolun rəhbərliyində yer alan bəzi şəxslərin yaxın qohumları hələ də bu qurumda öz bildikləri kimi himayə olunmaqdadırlar.

Keçmiş Qobustan 2 saylı İstismar İdarəsi hal-hazırda “Bakı 10 saylı Yol İstismarı” MMC adlandırılmışdır.

Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən 10 saylı Yol İstismar MMC-nin direktoru Mübariz Paşayevdir.

Mübariz Paşayev cənab sədr Saleh Məmmədov Azəravtoyola sədr təyin edildikdən sonra işə başladığı dövrdə korrupsiya faktlarına görə işdən şəxsən uzaqlaşdırılmış Vidadi Baxşəliyevin yaxın dostudur. Hansı ki, Azəravtoyolda Audit xidmətinin rəisi olan bu şəxs hal-hazırda Elmlər Akademiyasında yüksək vəzifə tutmaqdadır. İşlədiyi dövrdə Vidadi Baxşəliyev çoxlu imkanlara sahib olmuşdur.

Bakının mərkəzində və ətrafında bir neçə villası şəxsi mənzillər və bahalı maşınları Vidadi Baxşəliyevin hansı yolla əldə etməsini hər kəs bilir.

Mübariz Paşayevlə yaxın dostluğu olan Vidadi Baxşəliyevin baldızı Quliyeva Afəti 10 saylı Yol İstismar MMC-yə öz yanına baş mühasib yerləşdirmişdir.

Bundan sonra bu dostluğa arxalanan Quliyeva Afət Məmmədqulu qızı öz yaxın qohumlarından bacısıoğlu İsbiyev Fərid Elsevən oğlunun kadrlar şöbəsinə rəis təyin etdirmişdir.

Mübariz Paşayevin etimad və etibarını qazanan Quliyeva Afət 10 saylı Yol İstismar MMC-də bu gün öz hökmünü yeritməkdədir. Ditektor Mübariz Paşayevin təstiqlənmiş imzası və möhürü Quliyeva Afət tərəfindən istifadə olunmaqdadır. İsbiyev Fərid vasitəsilə Quliyeva Afət öz bacısıoğlu ona göstərilmiş olan etimaddan və yeznəsi Vidadi Baxşəliyevlə Mübariz Paşayevin dostluğundan istifadə edərək 10 saylı Yol İstismar MMC-yə öz yaxın qohumlarını yerləşdirmişlər. Hansı ki, bu adamların çoxu heç idarənin qapısını və gördükləri işləri bilmirlər.

Quliyeva Afət Məmmədqulu qızı oğlu Elmar Məmmədovu, bacısı oğlunu, bacısı oğlunun həyat yoldaşını (Günel adlı xanımdır), qardaşının yoldaşı (Şəfəq adlı xanım), bacısı qızı Fəridə, evində qulluqçuluq edən, qulluqçu xanım və həyat yoldaşı daxil olmaqla onlarla qohum-əqrabasını, tanışlarını, Mübariz Paşayevin qohumları da daxil olmaqla 10 saylı Yol İstismar MMC-ni ailə MMC-yə çevirmişlər.

Quliyeva Afət idarədə özünü səlahiyyətli şəxs kimi apararaq qohum-əqrabasını himayə edir. Belə ki, işə gəlməsələr də, onlarla qohum və tanış, dost-yaxınların maaş kartları Baş mühasibi nəzarətində özü tərəfindən ya da ki, təyin etdiyi bacısı oğlu şöbə rəisi Fərid İsbiyev tərəfindən Kapital bankın şəhərin müxtəlif yerlərində olan bankomatlarından çıxarılaraq mənimsənilir və şəxsi çiblərə gedir.

Qeyd etmək lazımdır ki, bu şəxslər işə gəlməsə də, İdarə rəhbərliyinin nəzarətində baş mühasib Quliyeva Afət və Vidadi Baxşəliyevin digər baldızının oğlu olan kadrlar şöbə rəisi İsbiyev Fərid tərəfindən iş birliyində həmin məbləğ şişirdilmiş məvacib formasında mənimsənilməkdədir.

Dövlət tərəfindən ayrılan yüz min manatlarla pullar aiddiyyatı üzrə xərclənməyərək şəxsi ciblərə gedir.

Ölkəmizdə gücləndirilmiş karantin rejimi CORONAvirusla bağlı olaraq tətbiq olunmaqdadır və hal-hazırda müəyyən yumşalmalar mövcuddur.

Qadağaların mövcud olduğu dövrdə ölkə ərazisində giriş-çıxış qadağası tətbiq olunmuşdur və Bakı şəhəri Abşeron rayonu ərazisindədə karantin rejimi bu formada tətbiq olunmuşdur.

Bakı və Abşern rayonunda da hüquqi şəxslər öz işçilərini başqa rayonlara getməsi üçün icazə-e.qov.az saytından rəsmi olaraq icazə almalıdırlar. Karantin tədbirləri ilə əlaqədar olaraq Bakıya giriş çıxışın məhdudlaşdırıldığı vaxtlarda 10 saylı Yol İstismar MMC-də bu qaydalar kobud şəkildə pozulmuşdur.

İdarə rəisi olan Mübariz Paşayevin zəif nəzarətindən və ya hər hansı başqa səbəblərdən bütün səlahiyyəti əlində cəmləmiş olan Quliyeva Afət bu imkandan da geniş istifadə edərək yaxın bidiyi şəxsləri qanunsuz olaraq qadağanın tətbiq olunmağı həmin dövrlərdə icazə-e. qov.az saytından keçirərək bölgələrdə istirahətlərdə olmuşlar. Bu dövlərdə dəfələrlə Afət Quliyeva və yaxınları Azərbaycanın ayrı-ayrı yerlərində istirahətdə olmuşlar.

Belə olan halda biz dövlət başçısının Bakı və ətraf qəsəbələrin daxili yollarının asflatlanması ilə bağlı tapşırığının indidən hansı formada icra edildiyinin şahidi olmaqdayıq.

Qaradağ rayonunda və onun qəsəbələrində daxili yolların bərbad olması, yol tikintisinə ayrılan pulların yerində xərclənməməsi insanlarda haqlı olaraq narazılıq yaratmaqdadır. Bu vəsaitlərin yerində düzgün xərclənməməsi, mənimsənilmələr, direktor- baş mühasibin işbirliyinin nəticəsində gerçəkləşməkdədir.

Direktor Mübariz Paşayevin yaxın qohumları da bu idarədə ümumi qazanca şərik olaraq işləməkdədirlər. Mübariz Paşayevin qardaşı, oğlu Nicat Paşayev, qardaşı oğlu Zaur Paşayev, baş iqtisadçı olan qohumu Elmdar və başqalarınl misal çəkmək olar.

Qısa müddət ərzində 10 saylı yol istismar MMC-də baş verən maxinasiyalarla dövlətin yol tikintisinə ayırmış olduğu vəsaitlər yerində xərclənməyərək mənimsənilməktədir. Həmin mənimsəmələrlə sadəcə baş mühasib Quluyeva Afət şəhərin dəyişik yerlərində Nərman Nərimanovda, Qara Qarayevdə, Masazırda 6 ev, Pirşağıda villa, Sarayda 2 mərtəbəli mülkü hansı qazancı ilə əldə etmişdir?

Bu xanımın sürdüyü Cipin qiymətu 50-60 min manatdır və hesablamaq lazımdır ki, bu xanım aylıq maaş ilə neçə il işləməlidir ki, sadəcə sürdüyü maşını ala bilsin?

Bunlar Quliyeva Afətin son 4 ildə əldə etdiyi mülklərin sadəcə bir hissəsidir və şəhərin mərkəzində öz biznesini hansı pulla əldə etmişdir?

Saleh Məmmədov tərəfindən işdən kənarlaşdırılan Vidadi Baxşəliyevin digər baldızı Quliyeva Adilə də hansı yollasa Azəravtoyol ASC-nin Lökbatan qəsəbəsindəki Təmir Xidməti İdarəsində yerləşdirilib və heç bir ali təhsili olmasa da, oranın bütün maliyyə məsələlərinə nəzarət etməkdədir. İdarənin balansında olmayan şəxsi özü boşaldan iri tonnajlı yük maşınları ilə görülməyən işlər üzərindən maxinasiyar aparılmaqdadır. Bu yolla həm də artıq saatlar yazılmaqla və idarədə mühasibatlıqla bölüşdürükməklə küllü miqdarda yanacaq silinməkdədir.

10 saylı Yol İstismar MMC-də mexaniki şöbənin rəisi olan İsmixan adlı şəxs və başqalarına aid texnikalar idarənin öz maşınları dura-dura müqavilə ilə istifadə edirlər və pullar bu yolla silinərək ayrı-ayrı şəxslərin ciblərinə gedir.

Eyni zamanda Azəravtoyol ASC-də Vidadi Baxşəliyevin baldızlarını, qohumlarını himayə edən xanım kimdir?

İnanırıq ki, Azəravtoyol ASC-nin rəhbərliyi yuxarıda qeyd olunan faktlata öz münasibətini bildirəcəkdir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq

araz.az xəbər  portalı.

araz.az xəbər portalı.