Bu gün Azərbaycanın 27-ci ildir işğal altında qalan Xankəndi şəhərində təxminən 500-dən çox erməninin iştirakıyla etiraz mitinqi başlayıb.
Moderator.az Rusiya mediasına istinadla xəbər verir ki, buna səbəb iki yerli sakinin xüsusi təyinatlılar tərəfindən döyülməsi olub. Etirazçılar və güc strukturları arasında vasitəçi kimi qondarma rejimin başçısı Bako Saakyan çıxış edib.
İyunun 1-də sosial şəbəkələrdə, xüsusi təyinatlı dəstə əməkdaşlarının iki kişi arasındakı mübahisəyə müdaxilə etmələri və onları döymələri haqda informasiya yayılmışdı. Bu gün Xankəndinin mərkəzi prospektinə daha çox 50 yaşdan cavan kişilər toplaşaraq buna etiraz ediblər. Onlar xüsusi təynatlıların həbsini və Dağlıq Qarabağın bütün güc strukturları rəhbərlərinin istefasını tələb edirlər.
Etirazçılarla görüşə “deputat”, “Milli dirçəliş” partiyasının lideri Hayk Xanumyan və Dağlıq Qarabağın “dövlət naziri” adlanan Araik Arutyunyan gəlib. Hazırda Bako Saakyan münaqişə tərəfləri ilə danışıqlar aparır.
P.S. Olaylar Tiflis ssenarisinə bənzəyir…
Sultan Laçın
[bt_youtube url=”https://youtu.be/veov2qu9E68″ width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]
araz.az xəbər portalı.