imagesmaliyyə

Bakı sakini Rəhilə Nağı qızı Qasımova

Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya Müraciət ünvanlayıb. Bir nüsxəsi də araz.az-a daxil olan bu şikayət xarakterli Müraciətdə deyilir:
          “

     Hörmətli Mehriban xanım!
           

     Mətbuat vasitəsi ilə, Sizə də yazıb bildirirəm ki, 80 yaşında təqaüdçüyəm. Mənim, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, ev, 77 ünvanında 103,5 kvadratmetrlik yaşayış evim var idi. Ev mənə valideynlərimdən vərəsəlik qaydasında keçmişdir və mən, qızımın ailəsi ilə bilikdə həmin evdə yaşayırdım. Qızım, 2017-ci ildə özünə mənzil aldığına görə, bu evdən köçdü. Mən də, yaşlı və xəstə olduğum üçün, qızımın yeni aldığı mənzildə yaşamağa başladım.WhatsApp Image 2022 08 20 at 12.44.11

         Evin yerləşdiyi ərazidə, Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən, dövlət ehtiyacları məqsədi ilə, 2018-ci ildə söküntü başlandı. Biz həmin evdə yaşamadığımız üçün, xəbərimiz olmadı və bizim ev də söküldü. Evin sökülməsi nəticəsində, mənə dəymiş kompensasiyanın ödənilməsi barədə Yasamal Rayon İcra Hakimiyyətinə və Maliyyə Nazirliyinə müraciət etsəm də, kompensasiyanın ödənilməsindən imtina edildi. Sonra isə, Maliyyə Nazirliyi adından, bu qurumun Cavanşir adlı işçisi evimin sökülməsinə görə, 30 min manat bizə pul təklif etdi, biz isə, bundan imtina etdik. Evimin çıxarışı və həmçinin Mənzil İstismar İdarəsi tərəfindən verilmiş evin çertyoju da var. Amma buna baxmayaraq, Yasamal Rayon İcra Hakimiyyəti və Maliyyə Nazirliyi, evimin sökülməsinə görə, mənə kompensasiya ödəmirlər.

Ona görə də, son ümid yeri olaraq, yazıb, Sizdən xahiş edirəm ki, evimin sökülməsinə görə mənə verilməli olan kompensasiyanın ödənilməsinə köməklik edəsiniz! Kömək üçün, Sizə qabaqcadan minnətdarliğımı da çatdırıram!”.

Mövzu diqqətimizdədir və məsələ ilə əlaqədar, araz.az olaraq, bütün maraqlı tərəfləri dinləməyə hazırıq…

Fərhad MƏMMƏDOV,
araz.az xəbər portalının xüsusi müxbiri.

araz.az xəbər portalı.