“ASAN Xidmət” mərkəzlərində rüşvət kimi neqativ hallara yol vermək imkanı sıfırdır”.
Bu sözləri Real-a eksklüziv müsahibəsində Vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) sədri Ülvi Mehdiyev deyib.
O bildirib ki, “ASAN Xidmət” mərkəzlərinin hər yerində müşahidə kameraları quraşdırılıb və əməkdaşlar hər bir xidmət pəncərəsini daimi izləyir.
“Burada infrastrukturun özü imkan vermir ki, rüşvət təklif və ya tələb olunsun. Əgər korrupsiyanı yaradan şərait yoxdursa, korrupsiyanın özünə də yer yoxdur. “ASAN Xidmət” mərkəzlərində infrastruktur şəraiti, insan resursları, iş prosesi elə qurulub ki, rüşvətin toxumu burada cücərə bilməz”, – deyə Ülvi Mehdiyev bildirib.
ASAN Xidmət-in sədri Ülvi Mehdiyevin müsahibəsinə iyunun 3-də “Mir Şahin”in vaxtında baxa bilərsiniz
[bt_youtube url=”https://youtu.be/Eb8EKs_wyww” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]araz.az xəbər portalı.